Qəbul imtahanlarında 700 bal toplamış: BANM qızlarda da mühəndisliyə sevgi yarada bilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Qəbul imtahanlarında 700 bal toplamış: BANM qızlarda da mühəndisliyə sevgi yarada bilib

10:00 - 26 / 09 / 2018
Qəbul imtahanlarında 700 bal toplamış: BANM qızlarda da mühəndisliyə sevgi yarada bilib

Sona Mehdizadənin müsahibəsini təqdim edirik.

Bu haqda 1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

- Sona özünüz haqda bir az danışın.

Mən  Sona Mehdizadə, 26 noyabr 2000-ci ildə Bakı şəhərində anadan olmuşam. 2007-ci ildə 56 saylı orta məktəbin birinci sinfinə daxil  olmuşam və orada ibtidai təhsilimi tamamlayıb,2011-ci ildən 147 saylı texniki-humanitar liseydə təhsilimi davam etdirmişəm. 2018-ci ildə 58 saylı orta məktəbdən qızıl medalla məzun olmuşam və bu il DİM tərəfindən keçirilən yay qəbul imtahanında 700 bal toplamışam. Mən həmçinin 2007-2014-cü illərdə Səid Rüstəmov adına 13 saylı musiqi məktəbində fortepiano üzrə təhsil almışam.

- Sizcə qəbul imtahanında bu uğurunuzda ən çox kimin əziyyəti var?

Əlbəttə ki, ilk öncə ailəmin. Mənə hər zaman dəstək olduqları və məni hər zaman ruhlandırdıqları üçün onlara hər zaman minnətdaram. Sonra isə 58 və 147 saylı məktəblərin müdiriyyəti başda olmaqla bütün müəllimlərimə və son 2 il ərzində mənim üzərimdə çox əziyyətləri olan  hazırlıq müəllimlərimə təşəkkür edirəm. Bu uğurda hər birinin payı var.

- Niyə I qrupa üstünlük vermisiz?

Məktəbdə aşağı siniflərdən texniki fənlərə marağım daha çox olub. Riyaziyyat, fizika və kimya sevimli fənlərim idi.

- Boş vaxtlarınız olduğu zaman nə etməyi sevirsiz?

Pianoda ifa etməyi, bədii kitablar oxumağı, təmiz havada gəzməyi və idmanla məşğul olmağı sevirəm.

- Bəs ali məktəblər arasında niyə məhz BANM-ı seçdiz?

Mən 9-cu sinifdən universitetlər haqqında maraqlanmağa başladım. Bir çox tələbələrdən və müəllimlərdən məsləhət alırdım. Qəbul zamanı isə özüm qərar verdim ki, mən BANM-da təhsil alacam. Fikirləşirəm ki, BANM Azərbaycanda mühəndislik sahəsində olan universitetlərdən ən yaxşısıdır.

- BANM-da hansı ixtisası seçdiz və həmin ixtisas nə ilə sizi özünə cəlb etdi?

Mən BANM-ın “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçdim.

- Bu seçiminizi özünüz etmisiz, yoxsa valideynlər, yaxınlar məsləhət görüb?

Seçimi özüm etmişəm. Valideynlərim uşaqlıqdan sərbəst seçimlər etməkdə mənə dəstək olublar.

- Sizcə mühəndislik peşəsi xanım üçün çətin olmaz ki?

Əslində heç bir ixtisasda cinsi ayrı-seçkilik etmək olmaz. Hər il mühəndislik sahəsini seçən xanımların sayının artır. Bu onu göstərir ki, BANM qızlarda da mühəndisliyə sevgi yarada bilib. Məncə gələcəkdə bu sahədə heç bir bir ayrı-seçkilik qalmayacaq.

- Hansı xüsusiyyətiniz sizi digərlərindən fərqləndirə bilər?

Hər şeyi mükəmməl etməyə çalışmağım digər insanlardan fərqləndirə bilər. Ya bir işi mükəmməl etməliyəm, ya da etməməliyəm deyə fikirləşirəm. Təbii ki, hər şey mükəmməl ola bilməz, insan bəzən uğursuzluqlar da yaşayır. Sadəcə çalışmalısan ki bu uğursuzluqlardan dərs alıb bir daha eyni səhvi təkrarlamayasan.

- Sizcə müasir dövrdə parlaq gələcəyi olan ixtisaslar hansılardır?

Mən düşünürəm ki, kompüter elmləri, informasiya texnologiyaları və avtomatika ixtisaslarının gələcəyinin parlaq olduğunu fikirləşirəm.

- Gələcəkdə özünüzü hansı vəzifədə və hansı şirkətdə görmək istəyirsiz?

Gələcək haqqında fikirləşməyi sevmirəm. Düzdür, insan planlar quranda işin yarısını etmiş olur artıq, amma mənə görə bu gün, bu an daha önəmlidi. Gələcəkdə isə nə olacağını yaşayıb görəcəyik.

- Sizcə bir insanın uğur əldə etməsi üçün ona nə lazımdır?

İlk öncə qarşısına doğru məqsəd qoymalıdır, bu məqsədə gedən doğru yolu tapmalıdır və  var gücüylə çalışmalıdır.

- Nailiyyətlər insanın özünə yoxsa şansa daha çox bağlıdır?

Şansın insan həyatında rolu danılmazdır. Amma ilk öncə məqsədə doğru əlindən gələni etmək, sonra şansa buraxmaq lazımdır.

- Sizdən sonra gələcək abituriyentlərə nə məsləhət edərdiz?

Məsləhətim odur ki, ixtisas seçimini qəbul imtahanından sonra etməsinlər. Əvvəlcədən ixtisas haqqında fikirləşib qərar versinlər. Əgər bir insan qarşısına məqsəd qoysa daha əzmlə çalışar. Bir də, dərsə olduğu qədər istirahətə də vaxt ayırsınlar. Özlərini dünyadan təcrid edib yalnız dərslə məşğul olmasınlar.

S.Xankişiyeva

 

 

 

 

Paylaş:
421

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər