İqbal Ağazadənin ünvanına yeni ittiham: O və ətrafı Mahmudovun sözdaşıyanı işləyərək çoxdan özlərinə çörəkpulu “qazanıblar” | 1news.az | Xəbərlər
Siyasət

İqbal Ağazadənin ünvanına yeni ittiham: O və ətrafı Mahmudovun sözdaşıyanı işləyərək çoxdan özlərinə çörəkpulu “qazanıblar”

18:14 - 24 / 05 / 2017
İqbal Ağazadənin ünvanına yeni ittiham:  O və ətrafı Mahmudovun sözdaşıyanı işləyərək çoxdan özlərinə çörəkpulu “qazanıblar”

Bu günlərdə 1news.az saytında müxalifətyönlü siyasətçi İqbal Ağazadə haqqında materaial dərc olunub və həmin materialda İ.Ağazadənin keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun şəxsi sözdaşıyanı olması iddia olunub.

“İndi İqbal Ağazadənin Eldar Mahmudovun şəxsi sözgəzdirəni olması ilə bağlı məlumat öz təsdiqini tapır. Belə ki, bu cür məlumatın araşdırma prosesi nəticəsində sübuta yetirilməsi onu bərk narahat edir. Buna görə də hazırda o, bəyan edir ki, sabiq nazirin işində heç bir eyib yoxdur. Lakin sözaparanların adını açıqlanması lazım deyil. Bununla da o, gözlərdən pərdə asmağa çalışır”- deyə, məlumatda qeyd olunub.

Həmin materialın dərc olunmasından sonra Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev 1news.az-ın müxbiri ilə söhbətində bildirib ki, İ.Ağazadə həqiqətən də milli təhlükəsizlik orqanlarının əməkdaşı olub və bunu danmaq, inkar etmək mümkün deyil:

Fotoda: Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev

“İ.Ağazadənin milli təhlüksəzilik orqanları ilə əməkdaşlıq etməsini, hansı dövlət rəhbərinin yanında hansı öhdəçiliklər götürdüyünü çoxdan bilirəm. Onun yanında olan adamlar bu barədə bizə geniş məlumat vermişdilər. Ümumiyyətlə, bu insan həmişə çörəyini bu yolla “qazanıb”.

Son prezident seçkilərində də dövlətin əleyhinə çox kəskin, öyrədilmiş şəkildə çıxış edirdi. Bəzən özünü elə aparırdı ki, guya bu hamıdan çox bilir, hamıdan ağıllıdır.

Gördüyünüz kimi, hər şeyin üstü zamanla açılır. Tək o deyil, o düşərgədə olan insanların əksəriyyəti elədir. Məgər bu gün özünü radikal, ana müxalifət adlandıran qüvvələr bəyan etdikləri kimi xalqın qeydinə qalır? Qətiyyən belə deyil. Onlar da həmin dairələrlə bağlı olan insanlardır. Bunların bir hissəsinin üstünü açmışam. Zamanla hamısının üstünü açacam”.

Özlərinə ana müaxilət deyənləri “sezonnı” müxalifət adlandıran H.Hacıyev dövlətə qarşı atılan addımların, dövlətin maraqlarına, təhlükəsizliyinə xələl gətirən şəxslərin ifşa olunmasının vacibliyini vurğulayıb:

“2003-cü ildə prezident seçkiləri ərəfəsində müxalifət Azadlıq meydanına toplaşanda İ.Ağazadə başda birinci çıxdı. Bunu çıxardan həmin o milli təhlükəsizlik orqanlarının işçiləri idi. Bunu bilməyən adam demək olar ki, yoxdur. Zamanla hər şeyin üstü açılır. Məsələn, qəzet rəhbərləri, partiya sədrləri tanıyıram ki, o tərəflə çox sıx əməkdaşlıq edirlər. Hakimiyyətin daxilində elə qüvvələr var ki, onların bir kəlməsi olmasa onlar heç bir iş görmürlər.

Fotoda: “Ümid” Partiyasının sədri İqbal Ağazadə (solda), keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov (sağda)

Həyatımızı təhlükə altına atmalı olsaq da, dövlətimizə qarşı yönələn məsələləri ifşa etməliyik. Bir vaxtlar var idi kimin hardan çıxması, kimlərin kimlərlə əlaqəsinin olması ilə bağlı xəbərlər yayılırdı. Yəni, hər şeyin üzə çıxmasının zamana ehtiyacı var”.

Qeyd edək ki, H.Hacıyev ilk dəfə deyil ki, İ.Ağazadənin ünvanına bu cür ittihamlar səsləndirir. Belə ki, Hafiz Hacıyev müsahibələrinin birində qeyd edib ki, İ.Ağazadə tələbəlik yoldaşı MTN-nin Antiterror Mərkəzinin sabiq rəis müavini İlqar Əliyevlə (araşdırma zamanı özünü həbsxanada asıb) Eldar Mahmudova çalışırdılar.

H.Hacıyevin fikrincə, məhz Mahmudov vəzifədən kənarlaşdırıldıqdan sonra İqbal Ağazadə də “deputat mandatından məhrum edildi”. Oxşar ittihamlarla Ağazadənin ünvanına digər müxaligətçi İbrahim İbrahimli də çıxış etmişdi.

Müsahibələrin birində İbrahimli bildirib ki, İqbal Ağazadənin dililə MTN və nazir Eldar Mahmudovun ittihamları səsləndirilib.

Xatırladaq ki, 1news.az-ın müsahiblərinin sözlərinə görə, İ.Ağazadənin ətrafında çəmbər getdikcə daralmaqdadır, bu da onu daha çox narahat etməyə başlayıb.

Bu yaxınlarda polisə müqavimət göstərdiyi üçün İ.Ağzadənin himayə etdiyi müxalifətyönlü “kanal-13”-ün rəhbəri Əziz Orucov saxlanıldı. Kanal Azərbaycan əleyhinə yönəlmiş materiallar yaymaqla, hazırkı hakimiyyətə qarşı çağırışlar edirdi.

Kanalın icraçı direktoru Ə.Orucovun saxlanılmasına qarşı çıxanlardan biri də məhz İ.Ağazadə oldu.

1news.az-ın müsahibləri belə hesab edirlər ki, hadisələrin bu cür gedişatı müstəqil siyasətçi imicini həmişəlik itirmək təhlükəsi ilə üz-üzə qalan İ.Ağazadəni ciddi narahat etməyə bilməz.

1news.az

Paylaş:
3785

Son xəbərlər

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34
Bütün xəbərlər