Qazaxıstandan gələn sərnişin 595 qram kalium permanqanatla saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Qazaxıstandan gələn sərnişin 595 qram kalium permanqanatla saxlanıldı

19:07 - 16 / 02 / 2018
Qazaxıstandan gələn sərnişin 595 qram kalium permanqanatla saxlanıldı

Qazaxıstandan Azərbaycana gələn şəxs aeropartda saxlanılıb.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Astana-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşının əl yükü “X-Ray” baxış-rentgen texnikası vasitəsilə görmrük nəzarətindən keçirilən zaman monitorda şübhəli təsvirlər müşahidə edildiyindən və yükün sahibinin hərəkətləri gömrükçülərdə şübhə doğurduğundan həmin şəxsin əl yükünə təkrar gömrük baxışı keçirilib.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının apardığı yoxlama zamanı tünd boz rəngli çamadanın içərisindən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, elektron və ya yazılı formada bəyan olunmayan, 2 ədəd karton qutularda qablaşdırılan, üzərində kiril əlifbası ilə “Kaliya Permanqanat” sözləri yazılan hər biri 5 qramlıq 119 ədəd plastik qablar aşkar olunub.

Aşkar edilən maddə fiziki-kimyəvi ekspertizadan keçirilməsi üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilib. Mərkəzin təqdim etdiyi ekspert arayışına əsasən 2 ədəd karton qutuda ümumi 119 ədəd plastik qabda, üzərində “Kalium Permanqanat” - 5 qram yazıları olan qara rəngli parıltılı, kristalik formada maddə bir ədəd plastik qabda təmiz çəkisi 5,0 qram və ümumi 119 ədəd plastik qabda ümumi təmiz çəkisi 595,0 qram maddə kalium permanqanatdır (prekursor).

Qeyd edək ki, kalium permanqanat “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahısı”nın IV siyahısıına daxildir.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
598

Son xəbərlər

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34
Bütün xəbərlər