Qazaxda aqropark yaradılacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Qazaxda aqropark yaradılacaq

18:35 - 16 / 11 / 2017
Qazaxda aqropark yaradılacaq

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir.

1news.az-ın məlumatına görə, bu sahədə növbəti işgüzar forum noyabrın 16-da Qazax rayonunun Canalı kəndində keçirilib.

Forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, Fond tərəfindən Qazax rayonunun iqtisadi potensialına uyğun olaraq, aqroparkın, ixtisaslaşdırılmış “yaşıl market”in, kartofçuluq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, ət kəsimi və süd emalı müəssisələrinin və otelin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim olunub.

Forumda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun şöbə müdiri Samir Hümbətov özəl bölmənin inkişafında, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, bu ilin ötən dövrü ərzində 1437 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 104 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə reallaşdırılan investisiya layihələri 4300-dək yeni iş yerinin açılmasına imkan yaradır.

Forum çərçivəsində həmçinin, rayonda fəaliyyət göstərən sahibkar tərəfindən aqroparkın yaradılması ilə bağlı güzəştli kreditin alınmasına dair müzakirələr aparılıb. S.Hümbətov məlumat verib ki, hazırda 26 rayonda 40 aqroparkın yaradılması təşviq olunur. Artıq Xaçmaz, Şəmkir və Cəlilabad rayonlarındakı aqroparklarda 1-ci mərhələ üzrə işlər başa çatdırılıb. 14 aqroparkın isə təşkili işlərinə başlanıb. Ümumi dəyəri 270 milyon manat olan 12 aqroparkın yaradılmasına 86,4 milyon manat güzəştli kredit verilib.

Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Gəncə-Qazax iqtisadi  rayonunda fəaliyyət göstərən sahibkarlıq subyeklərinə 1,9 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, tərəvəzçilik, otel tikintisi və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması nəticəsində 100-dək yeni iş yerinin açılması nəzərdə tutulur. Ümumilikdə isə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 6450-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 237,2 milyon manat güzəştli kredit verilib.

Tədbir çərçivəsində Qazax rayonunda dövlətin güzəştli krediti ayrılan meyvə-tərəvəz emalı müəssisəsinə baxış keçirilib.

1news.az

Paylaş:
837

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər