Qazax xalqının qəhrəmanlıq eposu Azərbaycan dilində - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qazax xalqının qəhrəmanlıq eposu Azərbaycan dilində - FOTO

11:32 - 15 / 11 / 2017
Qazax xalqının qəhrəmanlıq eposu Azərbaycan dilində - FOTO

Qazaxıstanın Azərbaycandakı səfirliyində qazax xalqının qəhrəmanlıq eposu olan "Koblandı Batır" (Қoblandy Batyr) kitabının Azərbaycan dilində tərcümə edilmiş variantının təqdimat olub.

1news.az-a səfirlikdən verilən məlumata görə, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin “Gələcəyin istiqaməti: mənəvi dirçəliş” (Болашаққа бағдар: рухани жаңғыру»" adlı proqram xarakterli  məqaləsi çərçivəsində səfirlik Qazaxıstanın dövlətçiliyinin formalaşmasının mühüm tarixi dövrlərinə, tarixi şəxsiyyətlərinə, həmçinin  tanınmış elm, ədəbiyyat və mədəniyyət xadimlərinə həsr olunmuş kitabların Azərbaycan dilində nəşri layihəsinə başlayıb.

Bu layihə  çərçivəsində  səfirlikdə Azərbaycan dilində "Қoblandy Batyr" kitabı təqdim olunub. Kitabı filologiya elmləri doktoru, Bakı Slavyan Universitetinin professoru Nizami Mamedov- Tağısoy Qazaxıstan səfirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun iştirakı ilə tərcümə edib.

Tədbirdə Qazaxıstanın Azərbaycandakı səfiri  Beybit İsabaev, professor və dilçi- alimlər, Qazaxıstan səfirliyinin nümayəndələri və Azərbaycanda yaşayan qazaxlılar iştirak ediblər.

Təqdimat mərasimində çıxış edən səfir qeyd edib ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin fundamental, proqram xarakterli “Gələcəyin istiqaməti: mənəvi dirçəliş” məqaləsi təkcə qazax xalqı üçün deyil, həm də bütün türk dünyası üçün tövsiyəedici  xarakter  daşıyır. B.İsabaev Qazaxıstanın dövlət başçısının öz tarixini xatırlamaq, onu qiymətləndirmək, nəsildən-nəslə ötürmək çağırışına da diqqət çəkib.

Tərcümənin müəllifi N. Məmmədov-Tağısoy göstərdiyi dəstəyə görə, səfirliyə təşəkkür edib. Onun sözlərinə görə, bu epos qazax xalqının həyatını, bütün xüsusiyyətlərini anlamağa inkan verir.

Təqdimat mərasimində qeyd edilib ki, bu artıq Azərbaycan dilində tərcümə olunmuş dördüncü nəşrdir. Daha əvvəl Qazaxıstan dövlətinin 550 illiyinə həsr olunmuş elmi məqalələr toplusu,  "Kız Jibek" adlı  Qazaxıstan xalq lirik-epik poeması,  eləcə də türk dünyasının görkəmli xadimi, böyük qazax şairi, filosof və mütəfəkkir Abay Kunanbayev haqqında kitablar tərcümə edilib. 

Səfir vurğulayıb ki, , layihə davamlı olacaq və növbəti illərdə Qazaxıstan klassiklərinin, görkəmli ictimai xadimlərinin və başqalarının əsərləri  Azərbaycan dilinə tərcümə ediləcək.

 

P.Sultanova

 

 

Paylaş:
913

Son xəbərlər

Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09
Bütün xəbərlər