“Qartal” Dağçılıq İdman klubu Azərbaycanda ilk dəfə 100 km-lik yürüş həyata keçirib – FOTO
“Qartal” Dağçılıq İdman klubu Azərbaycanda ilk dəfə 100 km-lik yürüş həyata keçirib.
1news.az-ın verdiyi xəbərə görə, Azərbaycanın üçrəngli bayrağının 100 illiyinə həsr edilən yürüş Cəngi-Sənqaçal-Bakı marşurutu ilə baş tutub.
Yürüş başqa ölkələrdəki eynitipli yürüşlərdən fərqli olaraq bu daha çətin olub. Çünki ilk 50 km-lik məsafədə heç bir yaşayış məntəqəsinin olmaması, yolsuzluq, dərə-təpəli ərazi, qışlaqlardakı itlər, yemək və suyu daşıma məcburiyyəti yürüşü çətinləşdirici amillər idi. Bütün çətikliklərə baxmayaraq 9 noyabr səhər saatlarında Cəngidən başlayan yürüş 10 noyabr səhər sona çatdı.
S.Xankişiyeva
988