Qarpız niyə bahadır? | 1news.az | Xəbərlər
İqtisadiyyat

Qarpız niyə bahadır?

16:26 - 19 / 07 / 2018
Qarpız niyə bahadır?

Son günlər ölkədə qarpızın qiyməti artıb.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, əgər yayın ilk ayının son günlərində bu mövsümü məhsulu 30-40 qəpiyə almaq mümkün idisə, artıq bu gün qarpız bazar və marketlərin piştaxtalarında 55-60 qəpiyə təqdim edilir.

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin mətbuat katibi Nicat Nəsirli bildirib ki, bir neçə gündür qarpız-yemiş mövsümünün tez sovulacağı, qiymətinin isə kəskin bahalaşacağı haqda ajiotaj yaranıb: "Bu söz-söhbəti qarpız satanların daha çox yayması adamda “süni qiymət artımına cəhd” kimi fikir yaradır. Lakin vəziyyətin təhlili başqa qənaətə gəlməyə əsas verir. Son günlər qiymətlərdə yüksəlmə müşahidə edilir, sahələrdə qarpızın topdansatış qiyməti 0,30-0,40 qəpik, paytaxtın iri satış mərkəzlərində (“Meyvəli bazarı”nda) isə 0,55-0,60 qəpikdir”.

Onun sözlərinə görə, qiymət artımı müvəqqəti xarakter daşıyır: “Hazırda satışda olan məhsul örtükaltında yetişdirilib, təxminən bir həftədən sonra açıq sahədə qarpız yetişəcək. Açıq sahədə qarpız kütləvi yetişdiyi üçün iyulun sonu - avqustun əvvəlləri qiymətlərin sabitləşməsini görəcəyik. Bu gün satışda olan məhsulun böyük əksəriyyəti Salyandan gəlir. Əslində, qarpızın təbii yolla yetişmə dövrü avqust ayıdır”.

O, bahalaşmanın əsas səbəbi kimi havaların kəskin isti keçməsi və bu məhsula olan tələbatın dəfələrlə artması, tələblə təklif arasında balansın pozulmasını göstərir: “Əsas qarpız istehsalçısı olan Sabirabadda bostan mövsümü uğursuz olub, ötən ilə nisbətən sahələr azalıb. Adətən, Sabirabad qarpızı iyulun sonu- avqustun əvvəllərinə qədər bazarlarda “hökmranlığını” qoruyurdusa, artıq iyulun birinci ongünlüyündə yığımı başa çatıb. Digər qarpız-yemiş istehsalçısı olan Bərdə, Ağcabədi, Zərdab, Kürdəmir, İmişlidə isə qarpız gec yetişdiyi üçün bazarda boşluq yaranıb və qiymətlərə təsir edib. Hazırda da davam edən kəskin istilər bostan sahələrinin məhsuldarlığına ciddi ziyan vurub, vaxtında suvarma imkanı olmadığı üçün sahələrdə yanma, tağların az bar verməsi müşahidə edilir”.

O, qiymət artımının digər səbəbini qarpız-yemiş sahələrinin azalması ilə izah edir: "Məsələn, 2008-ci ildə 22 min hektarda əkilmişdirsə, 2016-cı ildə 18 min hektara düşüb. Düzdü, məhsuldarlıq yüksəkdir (180 sentiner). Demək ki, bostan əkininə marağın azalmasının digər səbəbləri də var. İki il ərzində qarpızın ümumi istehsal həcmi 364 min tondan 350 min tona enib”.

N.Nəsirli həmçinin qeyd edib ki, qarpız-yemiş yeganə məhsuldur ki, nə idxalda, nə də ixracda rol oynamır: “Cüzi həcmdə xaricə satırıq, elə o qədər də alırıq. Hər bir azərbaycanlı ildə indiki istehsal həcminə görə 36 kq qarpız yeyir”.

Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Hüseynov da son zamanlar sosial mediada bazarda qarpızın qiymətinin bahalaşması ciddi müzakirə olunduğunu bildirib. O, bununla bağlı nazirliyə olan müraciətlərə, ünvanlanan suallara cavab olaraq bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi nəinki qarpızın, ümumiyyətlə heç bir məhsulun qiymətinin müəyyən olunmasında iştirak etmir.

Onun sözlərinə görə, liberal iqtisadiyyatlarda bazarda qiymətlər tələb-təklif əsasında formalaşır: “Nazirlik olaraq bizim missiyamız fermerləri hansı məhsulun əkilib - becərilməsi ilə bağlı məlumatlandırmaq, tövsiyə vermək, aqrotexniki qulluq qaydaları ilə bağlı maarifləndirmək, fitosanitar xidmət göstərməkdir. Qarpızın bahalaşması səbəblərinə gəldikdə, bir neçə səbəb var. Kənd təsərrüfatı mütəxəssislərinin fikrincə, bahalaşma ənənəvi problemlə bağlıdır - fermerlərimiz hələ də tələb-təklif qanunlarına uyğunlaşa bilmirlər. Hamımız bilirik ki, hər il hansısa məhsulun qiyməti əvvəlki illə müqayisədə baha, ya ucuz olur. Bu il bazarda hansı məhsul baha olubsa, əksər fermerlər sanki sözləşmiş kimi gələn il həmin məhsuldan əkirlər, nəticədə bazarda məhsul bollaşır və qiymətlər aşağı düşür. Yaxud, bu il ucuz olan məhsulu gələn il əkmirlər, nəticədə bazarda həmin məhsul bahalaşır”.

A.Hüseynovun fikrincə, bu prosesdən ən çox əziyyət çəkən təbii ki fermerlər özləridir: “Qarpızın bu il bahalaşmasının səbəblərindən biri budur. Səbəblər əslində çoxdur – daha çox gəlir gətirən texniki bitkilərin becərilməsinə marağın artması, yayın quraq keçməsi və s. Bu problemlər məsələn, Bərdə, Ağcabədi, Zərdab, Kürdəmir və İmişlidə qarpızın gec yetişməsinə səbəb olub, bazarda qıtlığın yaranmasının, qiymətlərin bahalaşmasının səbəblərindən biri də budur. Amma bir daha qeyd etmək istəyirəm ki, qarpızın və digər kənd təsərrüfatı məhsullarının qiymətinin formalaşmasında Kənd Təsərrüfatı Nazirliyi heç bir formada iştirak etmir”.

1news.az

Paylaş:
2791

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər