Qarakənd faciəsinin 28-ci ildönümüdür | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarakənd faciəsinin 28-ci ildönümüdür

09:05 - 20 / 11 / 2019
Qarakənd faciəsinin 28-ci ildönümüdür

Azərbaycanın müstəqillik tarixində bir çox faciəli hadisələr baş verib. Onlardan biri də 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində “Mi-8” helikopterinin ermənilər tərəfindən vurulmasıdır.

Bu terror aktı nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri, millət vəkilləri və jurnalistlər həlak olublar.

1991-ci il noyabrın 7-də Bakıda Qazaxıstan, Azərbaycan, Türkmənistan, Rusiya və Ermənistan həmsədrlərinin görüşü keçirildi. Görüşdə Qarabağda baş verən hadisələrin müzakirəsindən sonra həmsədrlər razılaşdılar ki, Xankəndiyə gedərək hadisələri öz gözləri ilə görsünlər.

1991-ci il noyabrın 18-də Mixail Qorbaçovun şəxsi köməkçisi Bakıya zəng vurur və xahiş edir ki, Təhlükəsizlik Şurasının növbəti iclasını Dağlıq Qarabağda keçirsin. Bu telefon zəngindən sonra Bakıda siyahı tərtib olunur. Siyahıya Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi Viktor Polyaniçko rəhbərlik etməli idi.

Rəsmi Moskva iclasda dövlət katibi Tofiq İsmayılov və baş prokuror İsmət Qayıbovun hökmən iştirakını xahiş edir. Millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədovun adları siyahıdan çıxarılır.

1991-ci il noyabrın 19-da gecədən xeyli keçmiş siyahı yenilənir. Viktor Polyaniçkonun, güc nazirliklərindən seçilmiş şəxslərin adları siyahıdan çıxarılır. Vaqif Cəfərovla Vəli Məmmədovun adları yenidən siyahıya əlavə olunur. Dağlıq Qarabağa gedəcək adamların siyahısı DQ rəhbərliyinə, Ağdam hava limanına, hərbi komendanta və Moskvaya göndərilir.

1991-ci il noyabrın 20-də saat 12:57-də Ağdam uçuş zolağındakı Mİ-8 tipli iki helikopterin 69 və 72 nömrəli yanacaq bakları doldurulur. Burada müxtəlif vəzifələrdə işləyən erməni millətindən olan nümayəndələr də helikopterə minməli idilər. Lakin saat 13:40-da Ağdam hava limanına verilən xəbərdən sonra bu adamlar helikopterə minmirlər.

Mİ-8 N69 helikopteri əsas helikopter olmalı, onu iki nəfər - 1981-ci ildə Əfqanıstan döyüşlərində iştirak etmiş kapitan Lantev Mamontov və kapitan Pyotr Babuşkin idarə etməli idi. İkinci helikopter - Mİ-8 N72 isə birincini müşayiət etməli idi. Amma ikinci helikopter müşayiət olunmadan, yəni təhlükəsizliyi təmin edilmədən saat 13:48-də birincinin yerinə havaya qalxır.

Saat 14:05-də helikopterlə rabitə əlaqəsi kəsilir. Qarakənd üzərində 300 metr yüksəklikdə uçan zaman Mİ-8 N72 helikopteri saat 14:42 radələrində erməni quldur dəstələri tərəfindən vurulur.

Faciə xəbərini Yerevan radiosu 16:15-də, Tehran radiosu 16:40-da, Moskva radiosu 17:00-da yaysa da, bu xəbər Bakıya olduqca gec, saat 19:55-də çatır.

Helikopterin vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar. Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də var. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.

Çox maraqlıdır ki, Rusiyadan olan generallar faciə qurbanları arasında yox idi. Halbuki həmin vaxt Azərbaycanın yüksək rütbəli məmurları ilə birgə onlar da helikopterdə olublar. Hadisədən bir neçə gün keçəndən sonra həqiqəti bilmək üçün helikopterdəki qara qutunu Rusiyaya göndərdilər. Ancaq qara qutudan heç bir səs-soraq çıxmadı…

Əvvəl rəsmi variant səsləndi: helikopter dumanlı havada qayalara çırpılıb. Amma bir neçə gün sonra onun vurulduğunu etiraf etdilər. Bütün şübhələri aradan qaldırmağa və Mi-8-i vuran raketin erməni mövqelərindən çıxdığını elan etməyə isə bizə bir neçə il lazım oldu.

Hadisə ilə bağlı açılmış istintaq işinin gedişatında müəyyən edilib ki, helikopter ABŞ istehsalı olan “Barret M82A1” silahından açılaran atəşlə məhv edilib.

2010-ci il noyabrın 20-də Qarakənd faciəsinin cinayət işi üzrə istintaq dayandırılıb. Səbəb kimi hadisənin baş verdiyi ərazinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunması göstərilib. Buna görə də Qarakənd faciəsinin əsl səbəbi, onun kimlər tərəfindən planlaşdırıldığı bu gün də müəmma olaraq qalır. Cinayəti törədən şəxsləri müəyyənləşdirmək isə mümkün olmayıb.

1news.az

Paylaş:
753

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər