Qarabağda erməni əsgər ölüb
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində erməni əsgər ölüb.
1news.az news.am-a istinadla xəbər verir ki, hadisə sentyabrın 2-də təxminən saat 21:00 radələrində baş verib.
1996-cı il təvəllüdlü Vanik Qevorkyanın ölüm səbəbi tam aydın olmasa da, ilkin olaraq intihar versiyası irəli sürülüb.
Hadisə ilə bağlı araşdırma aparılır.
P.Sultanova
451