Politoloq: Qarabağ tənzimlənməsində vasitəçilik təşəbbüsü Gürcüstanı Ermənistanın şantajlarından qoruya bilər | 1news.az | Xəbərlər
Siyasət

Politoloq: Qarabağ tənzimlənməsində vasitəçilik təşəbbüsü Gürcüstanı Ermənistanın şantajlarından qoruya bilər

14:18 - 16 / 03 / 2018
Politoloq: Qarabağ tənzimlənməsində vasitəçilik təşəbbüsü Gürcüstanı Ermənistanın şantajlarından qoruya bilər

"Rəsmi Yerevan Gürcüstanın baş naziri Q.Kvirikaşvilinin Ermənistana səfəri barədə qeyri-standart rezüme yaydı. Səfər başa çatdıqdan bir neçə gün sonra “Haykakan Jamanak” qəzeti “Gürcüstan əlverişli və etibarlı namizəddir” adlı məqalə nəşr etdi".

1news.az xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, “Haykakan Jamanak” rəsmi Yerevanın əlində insayder məlumatları və şərhləri dövriyyəyə buraxmaq üçün istifadə olunan 3 KİV-dən biridir. Başqa sözlə, Gürcüstanla bağlı saytda yerləşdirilmiş  məqalə rəsmi Yerevanın mövqeyidir:

"Məqalənin məzmunu kifayət qədər diqqət çəkir. Başa düşülür ki, Kvirikaşvilinin səfərindən sonra Ermənistan-Gürcüstan əlaqələri yenidən  müzakirə olunub. Erməni tərəfi Gürcüstandan narazı olduğu üçün ona təsir və ya təzyiq vasitələrini götür-qoy edib. Amma təkcə xatırlatma ilə kifayətlənib; Gürcüstan-Ermənistan münasibətlərinin pisləşməsi Ermənistanın tam izolyasiyasına və Gürcüstanın Cavaxetiya regionunda yeni separatizmə gətirib çıxara bilər. Rəsmi Yerevan Q.Kvirikaşvilinin səfərinə narazılığını Cavaxetiya regionunda yeni separatizm yaratmaq niyyəti ilə bildirdi. Amma Ermənistan izolyasiyaya düşə bilər deyə, hələ ki, yeni separatizm dalğasını yaratmır.  Ermənistan yeni kommunikasiya imkanı yaradan kimi Cavaxetiyada erməni separatizmini alovlandıracaq. Xüsusi olaraq deyək ki, Ermənistan Gürcüstanın daxilindəki erməni separatizmini alovlandırmaq hədəsindən daim istifadə edir".

Politoloq Kvirikaşvilinin Ermənistana səfəri zamanı Yerevanı qane etməyən məqamları da açıqlayıb: 

ı. Gürcüstan-Ermənistan-İran nəqliyyat koridoru müzakirə edilmədi.

ıı. İranla Gürcüstan arasında Ermənistanın vasitəsilə qaz tranziti məsələsinə toxunulmadı.

ııı. “Mehri” AİZ-də Gürcüstanın iştirakı mövzusu tam unuduldu. Ermənistanın baş naziri K.Karapetyan hətta Afrika ölkələrinin üçüncü dərəcəli təmsilçiləri ilə “Mehri” AİZ-i müzakirə etdiyi halda Kvirikaşvilinin yanında “Mehri” AİZ-in adını da çəkə bilmədi.

ıv. Q.Kvirikaşvili Ermənistanı Gürcüstanın reallaşdırdığı çoxtərəfli layihələrdə iştiraka dəvət etdi. Başqa sözlə, Gürcüstan Azərbaycan və Türkiyə ilə yanaşı, ABŞ, Avropa dövlətləri, İsrail və s. birlikdə iqtisadi layihələr reallaşdırır. Ermənistan Gürcüstan ərazisindəki Azərbaycan və Türkiyənin iştirak etmədiyi layihələrə qoşula bilər.

M.Əhmədoğlu hesab edir ki, Kvirikaşvili iki ölkənin gəncləri arasında strateji münasibətlərin qurulmasını aktuallaşdırdı: "Bu, rəsmi Yerevanın arzuladığı və ya gözlədiyi gündəlik deyildi. Ona görə Cavaxetiyadakı separatizmlə Gürcüstanı cəzalandırmaq istədi və sonradan yadına özünün tam blokadası düşdü və fikrindən geri çəkildi.

Yaranmış vəziyyətə Gürcüstan düzgün qiymət verməyi bacarmalıdır. İndiki halda ən yaxşı çıxış yolu rəsmi Tbilisinin Dağlıq Qarabağ tənzimlənməsində vasitəçilik təşəbbüsü irəli sürməsidir. Gürcüstan ərazi bütövlüyü prinsipini dəstəkləməkdən geri çəkildikcə Ermənistanın Gürcüstana qarşı azğınlığı artır. Dağlıq Qarabağ tənzimlənməsində ən aktiv iştirak imkanlarından biri Gürcüstana məxsusdur:

ı. Öz ərazisində öz vətəndaşları olan ermənilərlə və azərbaycanlıların birgə yaşayışına dair tədbirlər təşkil etməklə ermənilərlə azərbaycanlılar arasında keçilməz səddin olmadığını bütün dünyaya nümayiş etdirə bilər.

ıı. Gürcüstan vətəndaşı olan ermənilər və azərbaycanlılar Dağlıq Qarabağın erməni və azərbaycanlı icmasının təmsilçilərinin görüşünü təşkil edə bilərlər.

ııı. Rəsmi Tbilisi Ermənistan və Azərbaycan rəhbərlərinin görüşünü təşkil etmək təşəbbüsünü irəli sürə bilər.

Bu halda Gürcüstan beynəlxalq hüququ, Aİ-nin son sammitinin sənədlərini əsas götürə bilər.

Gürcüstanın irəli sürdüyü təşəbbüslərdən imtina edən tərəf regional əməkdaşlığa xəyanət edən tərəf kimi təqdim olunmalıdır. Bu isə artıq Gürcüstanın xeyrinədir. Eləcə də belə təşəbbüslər Gürcüstanın daxili problemlərdə, o cümlədən erməni separatizminin qızışdırılması təzahürlərinin aradan qaldırılmasında tərəfdarlarını daha inamlı edəcək. Ermənistanın Gürcüstana qarşı Rusiya kartından istifadəni neytrallaşdırmaq üçün də bu sxem yararlı ola bilər.

Nəticədə, Gürcüstan daxil olmaqla bütün region uda bilər".

Politoloq vurğulayıb ki, "Sülh platforması” sadə ermənilərdə inam yarada bilir: “Sülh platforması” çərçivəsində kifayət qədər diqqət çəkən proseslər baş verir. Vaxtilə Bakıda yaşamış iki erməni qadın mart ayında Bakıya gəldilər. Bundan bir az öncə Gəncədə yaşamış erməni gələrək, Gəncəni ziyarət etdi. Bakıya gələn erməni xanımlardan birisi hətta Dağlıq Qarabağa getməsinə Ermənistanın qadağa qoyacağını bildiyi halda Bakıya gəlmişdi. Bu qadağa mövzusu həqiqətdir. Avropanın demokratiya sənədi verdiyi “avrostandart” Ermənistan sərbəst yerdəyişmə azadlığı hüququ ilə öz bildiyi kimi rəftar edir.

Vladiqafqazda Dağlıq Qarabağ ermənilərinin dəvəti ilə bir neçə Dağlıq Qarabağ azərbaycanlısı ilə keçirilmiş görüşlər barədə məlumatımız var. Eləcə də əlavə bir neçə müraciətlərin olmasından da məlumatlıyıq.

Yaxın tarixə ekskursiya etsək paralel aparmaq üçün arqumentləri görə bilərik.

SSRİ-də perestroyka başladığı anda ermənilər bir-bir, iki-iki Moskvaya gedərdilər. Sonradan çox imzalı müraciətlər göndərildi. Bir az keçmiş bu hadisələr kütləviləşdi. Ermənistan SSR-dən azərbaycanlılar qovuldu. O zaman yayılan söhbətlərə görə azərbaycanlıları Ermənistan SSR-dən deportasiyasını sovet KQB-si təşkil edib. Sonuncu 240 minlik azərbaycanlı əhali 1987-ci ilin dekabrın 25-də Ermənistan SSR-nin ərazisini tərk etdi. Ermənistandan gələn azərbaycanlılar Bakı və Sumqayıt şəhərlərində və onlara yaxın ərazilərdə yerləşdirildi. Bunun dalınca Dağlıq Qarabağda və Yerevanda mitinqlər başladı. Dağlıq Qarabağ Azərbaycan SSR-nin tərkibindən çıxıb, Ermənistan SSR-nin tərkibinə birləşməklə bağlı qərar qəbul etdi. Fevralın 22-də Dağlıq Qarabağ erməniləri Dağlıq Qarabağ ərazisində iki azərbaycanlı gənci öldürməklə ilk qanı tökdülər. Azərbaycanlıların Ermənistan SSR-dən deportasiyasını təşkil edən sovet KQB-si ermənilərin Azərbaycandan çıxarılmasını təşkil etmək üçün Sumqayıt hadisələrini törətdi. Həm Ermənistan SSR, həm Azərbaycan SSR ərazisində belə məsələlərdə əsas alət ermənilər idi.

Göründüyü kimi bir-iki nəfərlə başlayan proses sonda belə qırğına çevrildi. Ona görə indi 1-2 və ya 3-5 erməninin Azərbaycana gəlməsinə əhəmiyyətsiz proses kimi yanaşmaq düzgün deyil. “Sülh platforması” perestroykanın effektini yaradır. Amma tərs istiqamətdə. Dağlıq Qarabağ münaqişəsini yaradan ermənilərin indi fəaliyyəti bu münaqişənin başa çatması istiqamətinə çevrilib".

1news.az

Paylaş:
627

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər