Qanlı aprel döyüşlərindən bəhs edən sənədli film hazırlanıb – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qanlı aprel döyüşlərindən bəhs edən sənədli film hazırlanıb – VİDEO

10:09 - 24 / 01 / 2018
Qanlı aprel döyüşlərindən bəhs edən sənədli film hazırlanıb – VİDEO

2016-cı ilin aprel ayında baş vermiş döyüş əməliyyatları barədə animasiya qrafikasının da istifadə edildiyi sənədli film hazırlanıb. Filmdə bütün dünyanın diqqətini regiona yönəldən aprel hadisələri əks olunub.

1news.az-ın verdiyi xəbərə görə, hazırlanan materialda cəbhə bölgəsində yaşayan canlı şahid olmaqla bərabər, həm də yaralanan dinc sakinlərdən müsahibələr götürülüb. Daha sonra həmin məqamda cəbhə bölgəsində peşə fəaliyyəti ilə məşğul olan jurnasitlərin açıqlamaları yer alır.

Filmdə 3D qrafikalı animasiya vasitəsilə müxtəlif döyüş səhnələri yığılaraq bərpa edilib. YouTube.com portalında və digər resurslarda aprel döyüşləri barədə olan videokadrlardan və digər materiallardan istifadə edilib.

“Apreldə doğan ümid” adlı sənədli filmin hazırlanmasında əsas məqsəd dünya ictimaiyyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri yaymaqdan ibarətdir. Filmin rejisoru Elşən Rüstəmov, prodüseri Kamil Həmidovdur.

Bu sənədli film Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı ilə “Addım” GİM İctimai Birliyinin həyata keçirdiyi “Apreldə doğan ümid” adlı layihə çərçivəsində hazırlanıb. “Addım” Gənclərin İnkişaf  Mərkəzi İB çarxın hazırlanıb ərsəyə gəlməsində köməlik edən hər kəsə minnətdarlığını bildirir.

S.Xankişiyeva

Paylaş:
1513

Son xəbərlər

Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 14:00Qırğızıstan Ağdamda məktəb binası inşa edəcəkBu gün, 13:58Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə edibBu gün, 13:33Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:31Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıbBu gün, 13:19ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46Məhkəmə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı barədə qərar qəbul edibBu gün, 12:32Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30İlkin səhiyyə xidməti təkmilləşdirilirBu gün, 11:27Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıbBu gün, 11:23İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdüBu gün, 10:59AMB valyuta məzənnələrini açıqladıBu gün, 10:54
Bütün xəbərlər