1news.az

Putin şaxtalı havada suya girdi - FOTO

19 Yanvar saat 12:24 bir dəqiqəlik oxu 390
Putin şaxtalı havada suya girdi - FOTO

Rusiya prezidenti Vladimir Putin  pravoslavların dini bayramına qatılıb və mənfi 6  dərəcə şaxtada suya girib.

1news.az “Sputnik”ə istinadla xəbər verir ki, Moskvada Seliqer gölü ətrafında dini mərasimə əynində kürklə qatılan Putin daha sonra kürkü çıxarıb və buz kimi suya girib.

Yanvarın 18-19-da dini ənənəyə sadiq qalaraq Rusiyada bir çox insan buz kimi suya girir. Bu inanca görə su ilə insan xəstəliklərdən  müalicə olunur və günahlardan təmizlənir.

P.Sultanova

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Dünya BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net