1news.az

Putin Paşinyanı təbrik edib

14 Yanvar saat 16:29 ~ 1 dəqiqəlik oxu 184
Putin Paşinyanı təbrik edib

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri vəzifəsinə təyin olunduğu üçün Nikol Paşinyana təbrik məktubu göndərib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, məktubda Rusiya ilə Ermənistan arasında münasibətlərin  dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslandığı vurğulanıb.

Putin qeyd edib ki, ölkələr müxtəlif sahələrdə səmərəli əməkdaşlıqda böyük təcrübəyə malikdirlər.

"Ümid edirəm ki, bizim dialoqumuz və birgə konstruktiv işlərimiz Rusiya-Ermənistan müttəfiqlik və qarşılıqlı əlaqələrini daha da möhkəmləndirəcək və Avrasiya məkanında inteqrasiya proseslərini inkişaf etdirəcəkdir. Bu, şübhəsiz ki, qardaş xalqlarımızın maraqlarına cavab verir ", - Rusiyanın dövlət başçısı vurğulayıb.

Ermənistan prezidenti Armen Sarkisyan 14 yanvarda Nikol Paşinyanın baş nazir təyin edilməsi barədə fərman imzalayıb. 

P.Sultanova

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Ermənistan BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net