Putin Krımı Rusiya ilə birləşdirən körpünü açıb | 1news.az | Xəbərlər
Dünya

Putin Krımı Rusiya ilə birləşdirən körpünü açıb

21:52 - 15 / 05 / 2018
Putin Krımı Rusiya ilə birləşdirən körpünü açıb

Bu gün Krım yarımadasını Rusiyanın Krasnodar diyarı ilə birləşdirən körpünün avtomobillər üçün nəzərdə tutulan hissəsi açılıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Kerç boğazı üzərindən keçməklə çəkilən körpünün təntənəli açılış mərasimində iştirak edib.

V. Putin körpünün davamlılığını yoxlamaq üçün körpüdən keçən “KamAZ” markalı 10 yük maşınından ibarət karvanda ilk “KamAZ”-ın sükanı arxasında əyləşib.

Maşın karvanı 19 km uzunluqdakı körpünü 16 dəqiqəyə keçib. Bu, hazırda Avropada ən uzun körpüdür. Bundan əvvəl Avropada ən uzun körpü Vasko da Qamanı Portuqaliya paytaxtı ilə birləşdirən 17,2 m uzunluqdakı körpü olub. Körpüdən sutkada 40 min avtomobil, 47 qatar keçə, ildə isə 14 milyon sərnişin və 13 milyon ton yük daşına bilər. Ancaq körpüdə qatarların hərəkətinə 2019-cu ildə icazə veriləcək.

Qeyd edək ki, Rusiya prezidenti V. Putin 2014-cü ilin aprelində Kerç körfəzi üzərindən keçməklə Krımı Rusiyanın Krasnodar diyarı ilə birləşdirəcək körpünün tikintisi ilə bağlı sərəncam verib. Körpünün tikintisinə 2016-cı ilin fevralında başlanıb.

Xatırladaq ki, Ukraynanın ərazisinə daxil olan Krım yarımadasında 2014-cü il fevralın 27-28-də üzərində fərqlənmə nişanları olmayan hərbi geyimli şəxslər mülki obyektləri nəzarət altına alıb və yarımadada yerləşən Ukrayna hərbi hissələrini təcrid ediblər. Martın 1-də Rusiya Federasiya Şurası Ukrayna ərazisində “həmvətənlərin müdafiəsi” məqsədilə Rusiya Silahlı Qüvvələrinin istifadə edilməsinə sanksiya verib. Həmin il martın 16-da yarımadada “referendum” təşkil edilib və “referendum”un nəticələrinə əsasən, Krımın Rusiyanın tərkibinə daxil olduğu elan edilib. Rusiyanın Krımı ilhaq etməsi dünya birliyi tərəfindən qınanıb, sanksiyaların tətbiqinə səbəb olub.

1news.az

Paylaş:
436

Son xəbərlər

Cəbrayılda minalar aşkarlanıbBu gün, 09:36Ədliyyə Nazirliyi Gənclər Mərkəzi İctimai Birliyinin yeni sədrini təsdiq etdiBu gün, 09:32ADY: Dəmiryol keçidlərində sürücü diqqətsizliyi bu gün iki qəzaya səbəb olub - FOTOBu gün, 09:23AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:17Bakının bir sıra yollarında sıxlıq yaranıb - SİYAHIBu gün, 09:112024-cü ilin ilk 3 ayında paytaxtda yol qəzalarında ölənlərin sayı açıqlandıBu gün, 09:04Azərbaycanlı Mərakeş Krallığının ən yüksək zirvəsini fəth etdi - FOTO15 / 04 / 2024, 19:27Bu ilin ilk rübündə informasiya və rabitə xidmətlərinin həcmi 10 faizdən çox artıb15 / 04 / 2024, 17:48TuranBank-la Asiya İnkişaf Bankı arasında ticarət maliyyələşdirilməsi üzrə saziş imzalandı15 / 04 / 2024, 17:41Bakıda gəzinti gəmiləri niyə işləmir? - Rəsmi AÇIQLAMA15 / 04 / 2024, 17:29İmişlidə 2 məktəblinin cərəyan vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb15 / 04 / 2024, 17:16DSX-nin Xüsusi Məktəbinin V sinfinə qəbul üçün keçirilən imtahanın nəticələri elan edilib15 / 04 / 2024, 16:58Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılır15 / 04 / 2024, 16:34Nəqliyyat və turizm sektorları arasında görüş keçirilib15 / 04 / 2024, 16:23Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb15 / 04 / 2024, 15:53Azərbaycan və Oman XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə edib15 / 04 / 2024, 15:23“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir15 / 04 / 2024, 15:02PAŞA Qrup şirkətləri tərəfindən Ramazan bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTO15 / 04 / 2024, 14:58Ali məktəblərə qəbul imtahanının növbəti mərhələsinə qeydiyyat başlayıb15 / 04 / 2024, 14:42Sevinc Fətəliyeva: “Bu fakt rəsmi Parisin Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək cəhdidir”15 / 04 / 2024, 14:21
Bütün xəbərlər