1news.az

Putin general Kərim Vəliyevlə görüşüb

22 Fevral saat 22:53 bir dəqiqəlik oxu 156
Putin general Kərim Vəliyevlə görüşüb

Fevralın 22-də Rusiyanın paytaxtı Moskvada Kreml Dövlət Sarayında bu ölkənin ordu gününə həsr olunmuş təntənəli gecə keçirilib.

1news.az xəbər verir ki, Azərbaycan, Venesuela, Qazaxıstan, Qətər, Monqolustan, Serbiya, Özbəkistan, Belarus, Qırğızıstan və Ermənistanın müdafiə nazirləri və digər yüksək rütbəli hərbçilərinin iştirak etdiyi tədbirdə qonaqları Rusiya prezidenti Vladimir Putin qarşılayıb.

Azərbaycan Müdafiə Nazirliyini tədbirdə müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev təmsil edib.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net