Putin azərbaycanlı olimpiya çempionunu təltif edib | 1news.az | Xəbərlər
İdman

Putin azərbaycanlı olimpiya çempionunu təltif edib

22:48 - 15 / 11 / 2017
Putin azərbaycanlı olimpiya çempionunu təltif edib

Rusiya Prezidenti Vladimir Putin qılıncoynatma üzrə Rusiya yığmasının baş məşqçisi, həmvətənimiz İlqar Məmmədova RF-nin dövlət mükafatını - “Şərəf” ordenini təqdim edib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Moskva Kremlində Rusiyanın dövlət mükafatlarının təqdim edilməsi mərasimi keçirilib.

Həmin gün “Qazprom” şirkətinin başçısı Aleksey Millerə, Dağıstan Respublikasının keçmiş başçısı Ramazan Abdulatipova, müğənni Filip Kirkorova və başqa görkəmli şəxslərə də mükafatlar təqdim edilib.

V.Putin çıxışında bildirib ki, mükafatlandırılan şəxslərin hamısı öz borcunu yerinə yetirir, nailiyyətləri ilə kifayətlənməyərək, qarşılarına yeni məqsəd və vəzifələr qoyurlar. O deyib: “Bugünkü mərasimin iştirakçılarından birinin – qılıncoynatma üzrə Rusiya yığmasının baş məşqçisi İlqar Məmmədovun bu gün həm də ad günüdür. Biz sizi bu bayram münasibətilə ürəkdən təbrik edirik”.

Yüksək mükafata görə təşəkkürünü bildirən İ.Məmmədov vurğulayıb ki, bu, bütün komandanın qələbəsidir.

Xatırladaq ki, İ.Məmmədov komanda yarışlarında ikiqat Olimpiya çempionu, SSRİ-nin Əməkdar İdman Ustası, Rusiyanın Əməkdar Məşqçisi, komanda yarışlarında 1989-cu ilin dünya çempionudur. O, 2012-ci ilin oktyabrından qılıncoynatma üzrə Rusiya yığmasının baş məşqçisidir.

1news.az

Paylaş:
722

Son xəbərlər

Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29
Bütün xəbərlər