Prokurorluq orqanlarına işə qəbulla əlaqədar keçiriləcək test imtahanının vaxtı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Prokurorluq orqanlarına işə qəbulla əlaqədar keçiriləcək test imtahanının vaxtı açıqlanıb

18:40 - 16 / 01 / 2018
Prokurorluq orqanlarına işə qəbulla əlaqədar keçiriləcək test imtahanının vaxtı açıqlanıb

Prokurorluq orqanlarına işə qəbulla əlaqədar test imtahanı fevralın 28-də keçiriləcək.

Baş Prokurorluğun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, prokurorluq orqanlarına işə qəbulun aşkarlıq şəraitində demokratik və şəffaf prosedurlar əsasında beynəlxalq tələblər səviyyəsində aparılmasını müəyyən edən Azərbaycan Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq Baş Prokurorluq tərəfindən keçirilən müsabiqə üzrə sənədlərin qəbulu 15 fevral 2018-ci il tarixədək davam etdiriləcək.

Prokurorluq orqanlarında işləmək arzusunda olan və qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən gənc hüquqşünaslar Baş Prokurorluğa müraciət edərək zəruri sənədləri təqdim etməklə müsabiqədə iştirak edə bilərlər.

Müsabiqənin ilkin mərhələsi olan test imtahanı Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə, müvafiq dövlət qurumlarının, qeyri-hökumət və beynəlxalq təşkilatların, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə 28 fevral 2018-ci il tarixdə saat 10:00-dan başlayaraq 3 saat ərzində Bakı İdman Sarayında (Bakı şəhəri, Neftçilər prospekti 26 A) keçiriləcək.

Test imtahanında iştirak etmək üçün müsabiqəyə buraxılan namizədlər 22-23 fevral 2018-ci il tarixlərdə saat 10:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə “Test imtahanına buraxılış vərəqəsi”ni və “Yaddaş kitabçası”nı Baş Prokurorluğun inzibati binasının qəbul otağında (Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) ala bilərlər.

Namizədlərin diqqətinə çatdırılır ki, imtahan zamanı istifadə olunacaq test tapşırıqlarının hazırlanmasında aşağıdakı normativ hüquqi aktlardan istifadə ediləcəkdir:

Azərbaycan Respublikasının Konstitusiyası;
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu;
“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu;
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya;
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi;
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi;
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi;
Azərbaycan Respublikasının Mülki Məcəlləsi;
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi;
Azərbaycan Respublikasının Əmək Məcəlləsi;
“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu;
“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu;
“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu;
“Polis haqqında” Azərbaycan Respublikasının Qanunu;
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu;
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu;
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu.

Əlavə məlumat almaq üçün 492-06-82, 492-74-32, 492-62-23 və 437-28-56 nömrəli telefonlar vasitəsi ilə müraciət etmək olar.

1news.az

Paylaş:
605

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər