Prezidentin köməkçisi: Azərbaycan açıq ölkədir, istənilən insan bura gələ bilər | 1news.az | Xəbərlər
Siyasət

Prezidentin köməkçisi: Azərbaycan açıq ölkədir, istənilən insan bura gələ bilər

12:51 - 12 / 09 / 2019
Prezidentin köməkçisi: Azərbaycan açıq ölkədir, istənilən insan bura gələ bilər

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçisi Sunna Torhildur Evarsdottirin ölkəyə buraxılmaması ilə bağlı iddialara münasibət bildirib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, Əli Həsənov deyib ki, "Buraxılmırdı" ifadəsi bir qədər kəskindir, "Dəvət vermirdi" isə başqa ifadədir.

Prezidentin köməkçisi bildirib ki, dünyada heç bir vətəndaşın, məmurun Azərbaycana gəlişi qadağan deyil: "Azərbaycan açıq ölkədir, viza sistemi var. İstənilən insan bura gələ bilər, AŞ PA bizim tərəfdaş təşkilatlarımızdan biridir, illərdir ki, əməkdaşlıq edirik, mümkün olan tövsiyələrini nəzərə alırıq. Əlbəttə ki, Azərbaycanın öz dövlətçilik marağı var, həmişə bu maraqlardan çıxış edir. Siyasi məhbus, söz və mətbuat azadlığı məsələsində beynəlxalq təşkilatlarla bəzən bir platformada birləşirik, onların fikirləri ilə razılaşırıq, bəzi hallarda isə razılaşmırıq. Çünki qərəzli yanaşma görürük.

Təəssüflər olsun ki, bu yanaşma qərəzli mahiyyət kəsb edir. Biz bəyan etmişik, bu gün də deyirik ki, Azərbaycanda siyasi məhbus yoxdur. Konkret cinayət əməlinə görə məhkum olunan insanlar var. Onların hər biri hüquqlarından həm Azərbaycanda, həm də Avropa məkanında istifadə edə bilərlər. Avropa hüququ Azərbaycanda keçərlidir, Azərbaycan Avropa İnsan Hüquqları məhkəməsinin qərarlarını zaman-zaman nəzərə alıb. Əgər kim Azərbaycan məhkəmələrinə, hüquq sisteminə güvənmirsə, buyursun, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etsin. "Siyasi məhbus" siyasi dünyagörüşünə, fəaliyyətinə görə həbs olunan şəxsə deyirlər. Avropa Şurası ilə bu məsələdə razı deyilik".

Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçisi Sunna Torhildur Evarsdottir 5-7 sentyabrda Azərbaycana səfər edib.

S.Xankişiyeva

 

Paylaş:
311

Son xəbərlər

İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 14:00Qırğızıstan Ağdamda məktəb binası inşa edəcəkBu gün, 13:58Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə edibBu gün, 13:33Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:31Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıbBu gün, 13:19ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46Məhkəmə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı barədə qərar qəbul edibBu gün, 12:32Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30İlkin səhiyyə xidməti təkmilləşdirilirBu gün, 11:27Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıbBu gün, 11:23İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdüBu gün, 10:59AMB valyuta məzənnələrini açıqladıBu gün, 10:54“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı - FOTOBu gün, 10:45
Bütün xəbərlər