Prezidentin köməkçisi: “ANAMA qarşısına qoyulan vəzifələrin öhdəsindən uğurla gəlib” | 1news.az | Xəbərlər
Siyasət

Prezidentin köməkçisi: “ANAMA qarşısına qoyulan vəzifələrin öhdəsindən uğurla gəlib”

10:15 - 20 / 09 / 2018
Prezidentin köməkçisi: “ANAMA qarşısına qoyulan vəzifələrin öhdəsindən uğurla gəlib”

“Bu yaxınlarda 20 illiyini qeyd etdiyimiz ANAMA 1998-ci ilin iyulun 18-də Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin sərəncamı ilə yaradılıb, işğaldan azad edilən ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi və bununla dinc əhalinin öz doğma torpaqlarında tam təhlükəsiz şəraitdə yaşamasının təmin edilməsi onun əsas vəzifəsi kimi müəyyən edilib.

1news.az-ın verdiyi xəbərə görə, bunu Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) - NATO Dəstək Agentliyi (NSPA) Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun “Ceyrançöl ərazisinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi” birgə layihəsinin bağlanış mərasimində Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov deyib. Onun sözlərinə görə, fəaliyyət göstərdiyi 20 il ərzində ANAMA qarşısına qoyulan vəzifələrin öhdəsindən uğurla gəlib, ümumilikdə 53 min hektardan çox ərazinin mina və partlamamış hərbi sursatdan təmizləyib, bunun da nəticəsində məcburi köçkünlərin bir hissəsi öz yurdlarına qayıdıb.

Prezidentin köməkçisi qeyd edib ki, hazırda ANAMA yüksək peşəkar kadr potensialına və müasir maddi-texniki bazaya malikdir: "Agentliyin yalnız Azərbaycan ərazisində deyil, başqa dövlətlərin ərazilərində də əməliyyatlara cəlb edilməsi onun fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir. O, bir çox beynəlxalq təşkilatlar, eləcə də ayrı-ayrı dövlətlərin müvafiq strukturları ilə səmərəli əməkdaşlıq qurub. ANAMA-nın NATO-nun Dəstək və Təchizat Agentliyi ilə əməkdaşlığı xüsusi olaraq vurğulanmalıdır. İki təşkilatın 2005-ci ildən başlayaraq həyata keçirdiyi Saloğlu layihəsi çərçivəsində 6 il ərzində 568 hektar ərazi minalardan təmizlənib".

F.Ələsgərovun sözlərinə görə, digər uğurlu layihə isə Ceyrançöl layihəsi olub: “Keçmiş SSRİ-nin Qafqaz regionundakı qoşunlarının hərbi təlim poliqonu olmuş bu ərazidə xeyli miqdarda mina, tank və artilleriya mərmiləri, aviasiya bombaları və digər partlamamış hərbi sursatlar aşkarlanıb. Bu ərazi Azərbaycanda mina və sursatların ən böyük təhlükə doğurduğu yerlərdən biri idi. 2012-ci ildən başlayaraq 3 mərhələdə həyata keçirilən Ceyrançöl layihəsi üzrə ümumilikdə 6600 hektar ərazi təmizlənərək 18 mindən çox partlamamış hərbi sursat zərərsizləşdirilib. Layihənin maliyyələşdirilməsində Azərbaycan hökuməti ilə yanaşı, bir sıra ölkələr donor qismində çıxış ediblər, fürsətdən istifadə edərək, layihədə iştirak edən bütün donor ölkələrə, eləcə də maliyyə vəsaitinin yığılması, donor ölkələrlə əlaqələndirmənin aparılmasında göstərdiyi köməyə görə NATO-nun Dəstək və Təchizat Agentliyinə Azərbaycan hökuməti adından dərin təşəkkürümü çatdırıram”.

Ərazilərin minalardan təmizlənməsinin humanist missiya olduğunu deyən F.Ələsgərovun sözlərinə görə, bu şərəfli missiyanı həyata keçirənlər çox vaxt öz həyat və sağlamlıqlarını belə təhlükə altına atırlar:

“Ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycan üçün minalardan təmizləmə fəaliyyəti böyük əhəmiyyət kəsb edir və buna görə də ölkə rəhbərliyi tərəfindən ANAMA-ya, onun maddi-texniki təchizatının gücləndirilməsinə xüsusi diqqət ayrılır.

Əminik ki, ANAMA-nın xarici partnyorlarla, o cümlədən NATO-nun müvafiq strukturları ilə qurduğu səmərəli əməkdaşlıq bundan sonra da uğurla davam etdiriləcək”.

1news.az

Paylaş:
584

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər