Prezidentin imzaladığı sənədlər Əfqanıstan müharibəsi veteranlarına diqqət və qayğının daha bir göstəricisidir | 1news.az | Xəbərlər
Cəmiyyət

Prezidentin imzaladığı sənədlər Əfqanıstan müharibəsi veteranlarına diqqət və qayğının daha bir göstəricisidir

14:52 - 22 / 02 / 2019
Prezidentin imzaladığı sənədlər Əfqanıstan müharibəsi veteranlarına diqqət və qayğının daha bir göstəricisidir

Prezident İlham Əliyevin fevralın 21-də Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Prezidentinin təqaüdünün artırılması haqqında Fərman və Azərbaycan Əfqanıstan veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalaması biz Əfqanıstan müharibəsi veteranlarına göstərdiyi diqqət və qayğının daha bir göstəricisidir.

1news.az  xəbər verir ki, bunu Əfqanıstan müharibəsinin veteranı, ehtiyatda olan ədliyyə polkovniki Əfrahim Təhməzov deyib.

Ə.Təhməzov bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev hər zaman Əfqanıstan müharibəsi iştirakçılarına diqqət və qayğı göstərirdi. Ümummilli lider Heydər Əliyev biz veteranları həmişə yüksək qiymətləndirib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Əfqanıstan müharibəsi veteranları Prezident İlham Əliyev tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunub.

Dövlətimizin başçısının müharibə iştirakçılarının sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı bu günlərdə imzaladığı Fərman və Sərəncam biz veteranlara ali diqqət və qayğının bariz nümunəsidir. Dövlətimizin başçısı bir daha təsdiq etdi ki, o veteranların, şəhid ailələrinin daim yanındadır.

“Prezidentimizin Əfqanıstan müharibəsi veteranlarına və bu müharibədə həlak olanların ailələrinə qayğısı davamlıdır” deyən Ə.Təhməzov qeyd edib ki, Əfqanıstan müharibəsi veteranları və əlilləri də Azərbaycan Respublikasının qanunvericiliyi ilə müharibə iştirakçıları üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdirlər. Bu da ondan xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müharibə iştirakçılarına daim yüksək səviyyədə diqqət və qayğı göstərir, onların sosial problemlərinin həlli istiqamətində böyük işlər görür. Prezident İlham Əliyevin apardığı məqsədyönlü, mütərəqqi və uğurlara əsaslanan siyasət bütün sahələri, o cümlədən biz Əfqanıstan müharibəsi veteranlarını da diqqətdən kənarda qoymur. Biz veteranlar daim Prezidentimizin yanındayıq, onun apardığı daxili və xarici siyasəti dəstəkləyirik. “Əfqanıstan müharibəsi veteranları adından bizə göstərilən bu ali diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”, - deyə o əlavə edib.

1news.az  

 

 

Paylaş:
796

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEOBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45
Bütün xəbərlər