Prezidenti İlham Əliyevin hədiyyəsi olaraq 60 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzil verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Prezidenti İlham Əliyevin hədiyyəsi olaraq 60 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzil verilib

12:12 - 26 / 06 / 2019
Prezidenti İlham Əliyevin hədiyyəsi olaraq 60 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzil verilib

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin hədiyyəsi olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 60 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzillər təqdim edilib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, mənzillər Abşeron rayonunun Saray qəsəbəsində yeni inşa edilmiş yaşayış binalarından alınaraq ailələrə verilib.

Mənzillərin sənədlərinin təqdim edilməsi mərasimində çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, dövlət başçısının siyasətinin ana xəttini ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsi təşkil edir: "2019-cu il ərzində təqdim edilən iki sosial paket ölkədə minimum əməkhaqqının iki dəfəyə yaxın artaraq 130 manatdan 250 manata, minimum pensiyanın 72,4 faiz artaraq 116 manatdan 200 manata çatdırılması, eləcə də sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırılmasına imkan verib. Dövlət sektorunda işləyənlərin əməkhaqları, məcburi köçkünlərin, tələbələrin təqaüdləri də əhəmiyyətli şəkildə artırılıb. Həmçinin 800 min vətəndaşın problemli kreditlərlə bağlı narahatlığına son qoymaqla, bu problemin həlli ilə bağlı maliyyə yükünü dövlət öz üzərinə götürüb. Ümumilikdə, təkcə bu il təqdim edilən iki sosial paket 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olub".

Nazir müavini qeyd edib ki, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə dövlət başçısının xüsusi qayğısı nəticəsində ötən il nəzərdə tutulandan 3 dəfədən çox olmaqla 626 mənzil bu kateqoriyalardan olanlara təqdim edilib: "Cari ildə isə azı 800 mənzil verilməsi nəzərdə tutulub ki, onlardan artıq 60 mənzil hazırda təqdim edilir. Ümumilikdə indiyədək nazirlik tərəfindən həmin kateqoriyalardan olanlara 6714 mənzil verilib. Həmçinin ötən il 265 müharibə əlili minik avtomobili ilə təmin edilibsə, cari ildə həmin vətəndaşlara nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobil verilməsi planlaşdırılıb. Bu ilin ötən dövründə artıq 150 avtomobil təqdim edilib. Bununla da indiyədək 6300-dək avtomobil müharibə əlillərinə təqdim edilib".

Mərasimdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin üzvlərinin bütün sahələrdə diqqət və qayğı ilə əhatə olunduqları vurğulanıb, sosial təminatların gücləndirilməsindən, müavinət və təqaüdlərin, pensiyaların mütəmadi olaraq artırılmasından razılıq ifadə olunub.

Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri göstərilən yüksək qayğı, bu gün isə yeni və rahat mənzillərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

S.Xankişiyeva

 

Paylaş:
865

Son xəbərlər

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57
Bütün xəbərlər