Prezidentdən əhaliyə şad xəbər: Maaş və pensiyalar artacaq - VİDEO | 1news.az | Xəbərlər
Rəsmi

Prezidentdən əhaliyə şad xəbər: Maaş və pensiyalar artacaq - VİDEO

16:15 - 18 / 04 / 2019
Prezidentdən əhaliyə şad xəbər: Maaş və pensiyalar artacaq - VİDEO

Azərbaycanda problemi kreditlər məsələsi elə səviyyədə həll olundu ki, bunun dünyada bənzəri yoxdur. Bir çox ölkələrdə bu problem mövcuddur. 

1news.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində əsaslı şəkildə yenidən qurulan Neftçilər parkında sakinlərlə görüşündə deyib. O bildirib ki, Azərbaycanda maaş və pensiyalar bundan sonra da qaldırılacaq:

“Ancaq biz çox ciddi qərar qəbul etdik. Vətəndaşların maraqlarını maksimum nəzərə alan qərar oldu. Yüz minlərlə insan bu fərmandan faydalanacaq. Minimum əməkhaqqı və pensiyanın təxminən 40 faiz qaldırılması da önəmli addımdır. Ancaq onu da deməliyəm ki, bu artım böyük olsa da, bizi qane edə bilməz. Çünki bizdə maaş və pensiyalar bundan sonra da qaldırılacaq. 

Müvafiq göstərişlər verildi. İndi hökumətdə işlər aparılır. Bizim indi maliyyə imkanlarımız artıb. Çünki ölkəmizdə aparılan ciddi iqtisadi islahatlar bizə əlavə gəlirlər gətirdi. Bu ilin əvvəlindən kifayət qədər böyük məbləğ büdcəyə daxil olub və mənim göstərişimlə əlavə yığılan büdcə gəlirləri ilk növbədə vətəndaşların sosial müdafiəsinə, o cümlədən, maaşlar və pensiyaların qaldırılmasına istiqamətləndirilməlidir. 

Bu qərarın mart ayında qəbul olunmasına baxmayaraq, aprelin əvvəlindən sosial müavinətlərin artımı qüvvəyə mindi. Sosial müavinətlər orta hesabla iki dəfə artırıldı. Bu proqram 600 minə yaxın insanı əhatə edib. Bu istiqamətdə işlər davam etdiriləcək”, - prezident əlavə edib.  

1news.az

Paylaş:
2433

Son xəbərlər

FHN əməkdaşları ötən gün 5 nəfəri xilas edibBu gün, 10:54Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaqBu gün, 10:44Azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən iki nəfər saxlanılıbBu gün, 10:14Ombudsman Aparatı Başlıbel faciəsi ilə bağlı paylaşım edibBu gün, 10:07Şənbə günü paytaxtda iməcilik olacaqBu gün, 10:06Başlıbel faciəsindən 31 il ötürBu gün, 09:57Xankəndidə qumbara və avtomatlar tapılıbBu gün, 09:42Xətai rayonunda yük maşını ilə minik avtomobili toqquşub, ölən varBu gün, 09:32AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:22Binəqədi-Balaxanı şosesində yük maşını aşıb, yolda tıxac yaranıbBu gün, 09:16Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 09:06“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb17 / 04 / 2024, 17:56Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb - FOTO17 / 04 / 2024, 17:47Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır17 / 04 / 2024, 17:41Azərbaycan baleti İtaliyada təmsil olunacaq17 / 04 / 2024, 17:25ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!17 / 04 / 2024, 17:19Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı17 / 04 / 2024, 17:15Hökumət Şuşanın İƏT-in gənclər paytaxtı seçilməsi ilə bağlı tədbirlər planı hazırlayacaq17 / 04 / 2024, 17:07Saloğlu mebel Bərdə mağazasının rəsmi açılışını etdi – FOTO-VİDEO17 / 04 / 2024, 17:02Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır17 / 04 / 2024, 16:53
Bütün xəbərlər