Prezident NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanını qəbul edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanını qəbul edib

13:50 - 19 / 04 / 2018
Prezident  NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanını qəbul edib

Prezident İlham Əliyev aprelin 19-da NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Körtis Skaparottinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə,

Körtis Skaparotti İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik etdi.

Azərbaycan Prezidenti təbrikə görə minnətdarlığını bildirdi.

Söhbət zamanı NATO-Azərbaycan əməkdaşlığının uğurlu inkişafı müzakirə edildi.

Keçən ilin noyabrında NATO qərargahına səfər etdiyini vurğulayan dövlətimizin başçısı qeyd etdi ki, səfər zamanı NATO-nun baş katibi ilə aparılan fikir mübadiləsi, Şimali Atlantika Şurasının iclasındakı çıxışı və oradakı müzakirələr bir daha Azərbaycan ilə NATO arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərdi.

NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Körtis Skaparotti öz tərəfindən NATO-Azərbaycan əməkdaşlığından çox razı olduğunu məmnunluqla bildirərək Azərbaycanın bu təşkilat üçün çox önəmli tərəfdaş ölkə olduğunu qeyd etdi. O, xüsusən Əfqanıstandakı sülhməramlı əməliyyatlarda Azərbaycanın rolunu yüksək qiymətləndirərək bu əməliyyatlar üçün ölkəmizin tranzit və nəqliyyat imkanlarından istifadə edilməsinin önəmini vurğuladı.

Körtis Skaparotti Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşünə ölkəmizin ev sahibliyi etdiyi üçün Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Azərbaycan Prezidenti ümidvar olduğunu bildirdi ki, bu görüş beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi işinə xidmət edəcək.

1news.az

Paylaş:
490

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik23 / 04 / 2024, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür23 / 04 / 2024, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTO23 / 04 / 2024, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edir23 / 04 / 2024, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edib23 / 04 / 2024, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEO23 / 04 / 2024, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİB23 / 04 / 2024, 13:55
Bütün xəbərlər