Prezident İlham Əliyev Ümumdünya Antidopinq Agentliyinin prezidentini qəbul edib – YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Ümumdünya Antidopinq Agentliyinin prezidentini qəbul edib – YENİLƏNİB

12:40 - 12 / 11 / 2018
Prezident İlham Əliyev Ümumdünya Antidopinq Agentliyinin prezidentini qəbul edib – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Ümumdünya Antidopinq Agentliyinin prezidenti Kreyq Ridinın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, dövlətimizin başçısı Ümumdünya Antidopinq Agentliyinin Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin iclaslarının Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirdi və bu tədbirlərdə dünyanın müxtəlif ölkələrindən xeyli sayda qonağın iştirak etməsinin önəmini qeyd etdi. Prezident İlham Əliyev tədbir iştirakçılarının Azərbaycana gəlişinin ölkəmizi daha da yaxından tanıması və uğurlu əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi.

Ölkəmizə səfərinin onun üçün çox xoş olduğunu bildirən Ümumdünya Antidopinq Agentliyinin prezidenti Kreyq Ridi Azərbaycan tərəfinin bu tədbirlərin təşkilinə böyük dəstək göstərdiyinə görə təşəkkürünü ifadə etdi. O, tədbirlərdə müxtəlif ölkələrin nümayəndələrinin və ictimai xadimlərin iştirakının əhəmiyyətini vurğuladı.

Kreyq Ridi azərbaycanlı həmkarları ilə dopinq əleyhinə mübarizə sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi apardıqlarını deyərək, Azərbaycanda Milli Antidopinq Agentliyinin yaradılmasını dopinq əleyhinə mübarizə işində irəliyə doğru çox mühüm addım kimi dəyərləndirdi. O qeyd etdi ki, Azərbaycanın mühüm idman dövləti və güclü antidopinq təşkilatına malik olduğu nəzərə alınaraq bütün bu işlər mühüm əhəmiyyət kəsb edir.

Dövlətimizin başçısı Azərbaycan Milli Antidopinq Agentliyinin yaradılması işində Kreyq Ridinın rəhbərlik etdiyi Ümumdünya Antidopinq Agentliyinin dəstəyinə görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev Azərbaycanda iki il bundan öncə belə bir qurumun yaradılmasının idmanın, Olimpiya hərəkatının inkişafında mühüm addım olduğunu vurğuladı və eyni zamanda, bunu idman sahəsində beynəlxalq əməkdaşlığa töhfə kimi dəyərləndirdi. Dövlətimizin başçısı ölkəmizdə Milli Antidopinq Agentliyinin beynəlxalq standartlara uyğun şəkildə fəaliyyət göstərdiyini və tam akkreditə olunduğunu dedi.

Azərbaycanda idmanın inkişafına böyük önəm verildiyini deyən Prezident İlham Əliyev bildirdi ki, ölkəmizdə keçirilən mühüm beynəlxalq idman yarışları - Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər tədbirlər və eləcə də keçirilməsi nəzərdə tutulan 15-ci Avropa Olimpiya Gənclər Festivalı Azərbaycanın bu sahədə əməkdaşlıq siyasətini və imkanlarını nümayiş etdirir. Dövlətimizin başçısı ölkəmizin idman sahəsində böyük nailiyyətlər əldə etməsini, o cümlədən idmançılarımızın Rio Olimpiadasında 18 medal qazanaraq medalların sayına görə 14-cü yeri tutduğunu vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın antidopinq məsələləri ilə bağlı Ümumdünya Antidopinq Agentliyi ilə bundan sonra da sıx əməkdaşlıq edəcəyinə əminlıyini ifadə etdi.

10:58

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Ümumdünya Antidopinq Agentliyinin prezidenti Kreyq Ridinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az bu barədə dövlət başçısnın saytına istinadla xəbər verir.

1news.az

Paylaş:
591

Son xəbərlər

Azərbaycan-İraq əlaqələrinin inkişafı müzakirə olunub - FOTO18 / 03 / 2024, 21:05Zəngilan, Cəbrayıl və Qubadlıda sənaye zonaları yaradılacaq18 / 03 / 2024, 17:45Martın 1-dən 15-dək 19 mindən çox vətəndaş Elm və Təhsil Nazirliyinə müraciət edib18 / 03 / 2024, 17:33Ceyhun Bayramov Çanaqqala zəfərinin ildönümü münasibətilə Türkiyəni təbrik edib18 / 03 / 2024, 17:11Ötən həftə azad olunmuş ərazilərdə 38 mina aşkarlanıb18 / 03 / 2024, 17:02Süni intellekt əvəzinizə mahnı yaradacaq - FOTO18 / 03 / 2024, 16:48“Ali Məhkəmənin tətbiq etdiyi yeni sistem hamı üçün faydalıdır” – RƏYLƏR18 / 03 / 2024, 16:34Cənubi Qafqazın sülh təşəbbüskarları18 / 03 / 2024, 16:34Böyük Britaniya kralı III Çarlz vəfat edib18 / 03 / 2024, 16:20“Gənclik” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə mərkəzi yaradılıb18 / 03 / 2024, 16:13İlham Əliyev Xankəndinin Azərbaycan torpağı olması ilə bağlı bir sıra faktları açıqlayıb18 / 03 / 2024, 16:04Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib18 / 03 / 2024, 15:58İraq Respublikasının Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib - FOTO18 / 03 / 2024, 15:48Tamstore 25-ci marketini açır – işçi sayı 1200-ü keçdi18 / 03 / 2024, 15:41İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib18 / 03 / 2024, 15:38Silk Way West Airlines daha bir Boeing 777 Freighter ilə donanmasını yeniləməyə davam edir18 / 03 / 2024, 15:33İran, Belarus və Rusiyadan Azərbaycana gətirilən qidalarda uyğunsuzluqlar aşkarlanıb18 / 03 / 2024, 15:20Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri ilə görüşüb18 / 03 / 2024, 15:12Bayramda Xaqani parkına yaxın bəzi küçələrdə hərəkətə məhdudiyyət qoyulacaq18 / 03 / 2024, 14:58Bakıda mənzildən meyit tapılıb18 / 03 / 2024, 14:49
Bütün xəbərlər