Prezident İlham Əliyev Niderland-Azərbaycan Dostluq Qrupunun sədrini qəbul edib – YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Niderland-Azərbaycan Dostluq Qrupunun sədrini qəbul edib – YENİLƏNİB

14:40 - 11 / 02 / 2019
Prezident İlham Əliyev Niderland-Azərbaycan Dostluq Qrupunun sədrini qəbul edib – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının fəxri sədri, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Lindeni qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, görüşdə Azərbaycan ilə Niderland arasında kənd təsərrüfatı, bərpa olunan enerji, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıldı, Azərbaycanda yaradılan nəqliyyat infrastrukturunun, xüsusilə Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanının logistika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi baxımından önəmi vurğulandı.

Söhbət zamanı Azərbaycan-Avropa əməkdaşlığına toxunuldu, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olundu.

Rene Van der Linden Azərbaycanın sabit bir ölkə kimi regionda çox mühüm bir dövlət olmasının əhəmiyyətini qeyd etdi.

Görüşdə, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə xüsusi qeyd olundu, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

13:29

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 11-də Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının fəxri sədri, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Lindeni qəbul edib.

1news.az bu barədə dövlət başçısının mətbuat xidmətinə istinadla xəbər verir.

1news.az

Paylaş:
446

Son xəbərlər

“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb17 / 04 / 2024, 17:56Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb - FOTO17 / 04 / 2024, 17:47Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır17 / 04 / 2024, 17:41Azərbaycan baleti İtaliyada təmsil olunacaq17 / 04 / 2024, 17:25ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!17 / 04 / 2024, 17:19Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı17 / 04 / 2024, 17:15Hökumət Şuşanın İƏT-in gənclər paytaxtı seçilməsi ilə bağlı tədbirlər planı hazırlayacaq17 / 04 / 2024, 17:07Saloğlu mebel Bərdə mağazasının rəsmi açılışını etdi – FOTO-VİDEO17 / 04 / 2024, 17:02Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır17 / 04 / 2024, 16:53Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib - FOTO - VİDEO17 / 04 / 2024, 16:51“Her action in Art” festivalı: İncəsənətdə qadın toxunuşlarının vurğulandığı bir ay17 / 04 / 2024, 16:03Hadı Rəcəbli dəfn olunub17 / 04 / 2024, 15:57Xalq Bank I rübün yekunlarını açıqladı17 / 04 / 2024, 15:54Azərbaycan Buxarestdə Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir17 / 04 / 2024, 15:33Hikmət Hacıyevdən Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması ilə bağlı AÇIQLAMA17 / 04 / 2024, 15:01Ukrayna səfirinin Azərbaycanda diplomatik missiyası başa çatır17 / 04 / 2024, 14:52Rusiya sülhməramlıları Qarabağdan çıxarılır - Kreml TƏSDİQLƏDİ - VİDEO17 / 04 / 2024, 14:26BDU-nun dosenti İsgəndər Quliyev vəfat edib17 / 04 / 2024, 14:15BDU-nun Jurnalistika fakültəsində Azərbaycan Mətbuat Şurasının otağı açılıb - FOTO17 / 04 / 2024, 14:08ADY ilə Avropa İttifaqı arasında Orta Dəhlizin inkişafına dair görüş keçirildi - FOTO17 / 04 / 2024, 13:59
Bütün xəbərlər