Prezident İlham Əliyev İstanbulda İranın birinci vitse-prezidenti ilə görüşüb - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev İstanbulda İranın birinci vitse-prezidenti ilə görüşüb - FOTO - YENİLƏNİB

21:27 - 19 / 10 / 2017
Prezident İlham Əliyev İstanbulda İranın birinci vitse-prezidenti ilə görüşüb - FOTO - YENİLƏNİB

Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda İran İslam Respublikasının Birinci vitse-prezidenti Eshaq Cahangiri ilə görüşüb.

1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Prezident İlham Əliyev ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirdi, siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu vurğuladı. Azərbaycan Prezidenti iqtisadi əməkdaşlığın genişləndiyini, ölkələrimiz arasında mühüm infrastruktur layihələrinin həyata keçirildiyini qeyd etdi. Dövlətimizin başçısı prezidentlər səviyyəsində görüşlərin əlaqələrimizin genişləndirilməsi işinə töhfə verdiyini bildirdi.

İranın Birinci vitse-prezidenti Eshaq Cahangiri Azərbaycan ilə İran arasında iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyini dedi, Astara-Astara dəmir yolu xəttinin həm ikitərəfli sahədə, həm də bölgədə əməkdaşlıq baxımından əhəmiyyətini qeyd etdi.

Eshaq Cahangiri regionda terrorizm təhdidlərinin olduğunu söylədi və buna qarşı mübarizədə ölkələrin səylərinin artırılmasının əhəmiyyətindən danışdı.

İqtisadi əlaqələrimizin uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev Astara-Astara dəmir yolu layihəsinə dünyada böyük marağın olduğunu qeyd edərək bildirdi ki, bu layihə bölgədə iqtisadi əməkdaşlığın inkişafına xidmət edir. Dövlətimizin başçısı dedi ki, Azərbaycan beynəlxalq terrorizmə qarşı fəal mübarizə aparan ölkələrdəndir və bu sahədə səylərini əsirgəmir.

Söhbət zamanı Azərbaycan ilə İran arasında energetika, əczaçılıq, sərmayə qoyuluşu, sənaye, o cümlədən birgə avtomobil istehsalı və digər sahələrdə əməkdaşlığın yaxşı perspektivlərə malik olduğu bildirildi və əlaqələrimizin inkişafına dair fikir mübadiləsi aparıldı.

1news.az

Paylaş:
631

Son xəbərlər

Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51
Bütün xəbərlər