Prezident İlham Əliyev: Güclü Azərbaycan gücsüz Ermənistan ilə istənilən dildə danışa bilər | 1news.az | Xəbərlər
Siyasət

Prezident İlham Əliyev: Güclü Azərbaycan gücsüz Ermənistan ilə istənilən dildə danışa bilər

15:37 - 25 / 04 / 2018
Prezident İlham Əliyev: Güclü Azərbaycan gücsüz Ermənistan ilə istənilən dildə danışa bilər

Güclü Azərbaycan gücsüz Ermənistan ilə istənilən dildə danışa bilər. Biz sadəcə olaraq, bölgədə, regionda sabitliyi qorumaq üçün hələ ki, danışıqlar yoluna üstünlük veririk. Çünki Azərbaycan bölgədə sabitləşdirici ölkədir.

Azərbaycan bölgədə çox böyük nüfuza malik olan bir ölkədir. Azərbaycanın razılığı olmadan bölgədə heç bir təşəbbüs, heç bir layihə icra edilə bilməz. Ona görə sabitliyi qorumaq, məsələni sülh yolu ilə həll etmək üçün biz hələ ki, siyasi yollara üstünlük veririk.

Ancaq sirr deyil ki, Azərbaycan gündən-günə güclənir, Ermənistan gündən-günə zəifləyir. Bizim iqtisadi gücümüz müqayisəedilməz dərəcədə artmışdır. Düşməni istənilən istiqamət üzrə bir neçə dəfə, bəzi istiqamətlər üzrə 10 dəfədən çox üstələyirik və bu fərq getdikcə böyüyəcəkdir. Çünki bizim açıq-aydın gələcəyimiz, perspektivlərimiz, inkişaf yolumuz vardır.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, “İnkişaf - məqsədimizdir” çoxcildliyinin 57-ci nəşrində yer alan bu fikirlər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 2013-cü il iyunun 26-da Silahlı Qüvvələrin 95 illiyi münasibətilə Bakıda təntənəli hərbi paradda söylədiyi nitqindən götürülüb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 57-ci kitabındakı materiallar 2013-cü ilin mayından iyulunadək olan dövrü əhatə edir. Bu kitab Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyası prezidentinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşünə dair informasiya ilə başlayır.

Nəşrdə dövlətimizin başçısının Belçika Krallığına işgüzar səfəri zamanı apardığı danışıqlara, keçirdiyi görüşlərə dair materiallar, mətbuata bəyanatı, Azərbaycan Prezidentinin ABŞ, İtaliya, Rusiya, Böyük Britaniya, Türkiyə, Ukrayna, Əfqanıstan, Almaniya, Mərakeş Krallığı və digər dövlətlərin, BMT, UNESCO, ISESCO, ATƏT, Avropa İttifaqı, Avropa Şurası və İƏT-in ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsinə, paytaxtımızda Azərbaycan ilə ABŞ arasında tərəfdaşlıq əlaqələrinin yaranmasının 21-ci ildönümü ilə əlaqədar təşkil edilmiş “Gələcəyə baxış” Azərbaycan-ABŞ Forumunun rəsmi açılışı mərasimində, II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda, XX Beynəlxalq “Xəzər neft, qaz, neftayırma, neft kimyası” sərgi və konfransının açılışı mərasimində iştirakına dair materiallar toplanıb. Azərbaycan Prezidenti bütün görüş və danışıqlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həllində prinsipial mövqe nümayiş etdirib, diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini regionun inkişafına əngəl törədən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək verməyə çağırıb.

Kitabda dövlətimizin başçısının Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında nitqinin mətni, Azərbaycanda həyata keçirilən uğurlu daxili və xarici siyasətə, iqtisadi potensialın möhkəmlənməsinə, ordu quruculuğuna, regionların sosial-iqtisadi inkişafına və ölkə həyatının digər sahələrinə dair nitqləri, çıxışları, habelə IV Rusiya-Azərbaycan Regionlararası Forumunun iştirakçılarına, Azərbaycan Qadınlarının IV Qurultayına, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının IV Qurultayının iştirakçılarına, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumuna müraciətlərinin mətni də yer alıb.

Bu cilddə, həmçinin dövlətimizin başçısının Şirvan şəhərinə, Tovuz, Qazax, Ağstafa, Siyəzən, Xaçmaz və Şabran rayonlarına səfərlərinə, bölgələrdə ictimaiyyət nümayəndələri ilə görüşlərinə, infrastruktur obyektlərinin, mədəni-məişət, sosial və sənaye müəssisələrinin açılışında iştirakına dair materiallarla tanış olmaq mümkündür.

Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib.

 “Azərnəşr” tərəfindən buraxılan 57-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

S.Xankişiyeva

 

Paylaş:
427

Son xəbərlər

Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57
Bütün xəbərlər