1news.az

Prezident İlham Əliyev Gəncə şəhərinə səfərə gəlib - FOTO

10 Noyabr saat 12:06 ~ 1 dəqiqəlik oxu 491
Prezident İlham Əliyev Gəncə şəhərinə səfərə gəlib - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncə şəhərinə səfərə gəlib.

1news.az  xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoydu.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi. Gəncənin Ulu Öndərin abidəsinin ucaldığı Heydər Əliyev adına baş meydanı şəhər sakinlərinin və qonaqların istirahəti üçün çox gözəl məkanlardan biridir.

1news.az  

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Rəsmi BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2017 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net