Prezident İlham Əliyev Asiya İnkişaf Bankının vitse-prezidentini qəbul edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Asiya İnkişaf Bankının vitse-prezidentini qəbul edib

16:42 - 21 / 10 / 2018
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının vitse-prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janqı qəbul edib.

1news.az xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlıq səviyyəsindən çox məmnun olduğunu qeyd edərək bankın Azərbaycanın iqtisadi layihələrinə göstərdiyi dəstəyin əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev bu layihələr sırasında böyük önəm daşıyan Cənub Qaz Dəhlizinə Asiya İnkişaf Bankı tərəfindən 1 milyard dollardan çox kredit ayrıldığını qeyd etdi və bankın bu layihəyə maliyyə dəstəyi göstərən ilk beynəlxalq bank olduğunu xüsusi vurğuladı. Dövlətimizin başçısı bununla yanaşı, bank tərəfindən bir sıra digər infrastruktur layihələrinə, o cümlədən elektrik enerjisi layihələrinə təqribən 250 milyon dollar, dəmir yolu layihələrinə 400 milyon dollar həcmində kreditlərin ayrılmasını yüksək qiymətləndirdi.

2016-cı ildə makroiqtisadi sabitliyin dəstəklənməsi məqsədilə bankın qısa müddətdə ayırdığı 500 milyon dollar məbləğində kontrsiklik krediti ölkəmizin artıq bu il vaxtından xeyli əvvəl qaytardığını vurğulayan Prezident İlham Əliyev Azərbaycanın Asiya İnkişaf Bankının etibarlı tərəfdaşı olduğunu nümayiş etdirdiyini dedi. Dövlətimizin başçısı Azərbaycanın Asiya İnkişaf Bankı ilə 2019-2023-cü illər üçün əməkdaşlıq strategiyasının hazırlanmasının əhəmiyyətini qeyd edərək bankın özəl sektora dəstək verilməsi istiqamətində fəaliyyətinin önəmini vurğuladı. Prezident İlham Əliyev Asiya İnkişaf Bankının istiqrazlarının Azərbaycanda manatla buraxılması təşəbbüsünü müsbət qiymətləndirərək həmin vəsait hesabına Azərbaycanda özəl sektor layihələrinin həyata keçirilməsi üçün kreditlər veriləcəyini dedi. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan irriqasiya sistemlərinin qurulmasında yeni, müasir texnologiyaların tətbiqi məsələləri ilə bağlı Asiya İnkişaf Bankının dəstəyində maraqlıdır.

Dövlətimizin başçısı Asiya İnkişaf Bankının regional əməkdaşlıqda rolunu qeyd edərək bu qurumun gələcəkdə ölkələr arasında nəqliyyat və logistika sahələrində əlaqələrin qurulması işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi.

Əməkdaşlığımızın uğurlu inkişafına toxunan Prezident İlham Əliyev Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 2015-ci ildə Azərbaycanda keçirilən 48-ci illik toplantısının əlaqələrimizin genişlənməsində mühüm hadisə olduğunu bildirdi və Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janqın səfərinin görülən işlərin və gələcək layihələrin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi.

Xoş sözlərə görə minnətdarlığını bildirən Vençay Janq Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakaonun salamlarını dövlətimizin başçısına çatdırdı.

Asiya İnkişaf Bankının vitse-prezidenti bildirdi ki, Azərbaycan 1999-cu ildən bu banka qoşulduğu vaxtdan keçən dövr ərzində əməkdaşlığımız uğurla inkişaf edir və o, bu əməkdaşlığı böyük tərəfdaşlıq əlaqələri kimi dəyərləndirdi. Vençay Janq bu dövrdə Asiya İnkişaf Bankı tərəfindən Azərbaycana 4 milyard dollardan yuxarı kreditlər və maliyyə zəmanətləri verildiyini və bundan başqa, texniki dəstəyin göstərildiyini qeyd edərək əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğuladı. O, bu baxımdan bankın 2019-2023-cü illər üçün əməkdaşlıq strategiyasının işlənib hazırlanmasının önəmini vurğuladı.

Azərbaycanın son illərdə makroiqtisadi sabitliyin gücləndirilməsi istiqamətində əldə etdiyi nailiyyətləri vurğulayan Vençay Janq dayanıqlı iqtisadi inkişafın təmin edilməsinə yönəlmiş Strateji Yol Xəritəsinin həyata keçirilməsinə Asiya İnkişaf Bankı tərəfindən hərtərəfli dəstək verilməsinə hazır olduqlarını bildirdi.

Prezident İlham Əliyev Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakaonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını bankın prezidentinə çatdırmağı xahiş etdi.

President.az

Paylaş:
518

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər