Prezident İlham Əliyev Almaniya Bundestaqının vitse-prezidentini qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Almaniya Bundestaqının vitse-prezidentini qəbul edib - YENİLƏNİB

17:09 - 12 / 06 / 2019
Prezident İlham Əliyev Almaniya Bundestaqının vitse-prezidentini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Almaniya Bundestaqının vitse-prezidenti Tomas Oppermannın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az dövlət başçısının saytına istinadla xəbər verir ki, Almaniya Bundestaqının vitse-prezidenti Tomas Oppermann paytaxtımızda gördüyü dinamik inkişaf proseslərinin nümayəndə heyəti üzvlərinə dərin təəssürat bağışladığını bildirdi. Qonaq Bakıda keçirilən Regional Təhlükəsizlik və Əməkdaşlıq üzrə Parlament Konfransı və Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının təsis konfransına toxunaraq bu tədbirin parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi, parlament diplomatiyasının gücləndirilməsi baxımından önəmini qeyd etdi.

Dövlətimizin başçısı Bakıda keçirilən Regional Təhlükəsizlik və Əməkdaşlıq üzrə Parlament Konfransının və Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının təsis konfransının beynəlxalq əlaqələrin gücləndirilməsində rolunu vurğulayaraq, bu tədbirin fikir mübadiləsinin aparılması, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi işinə töhfə verdiyini bildirdi.

Görüşdə Azərbaycan-Almaniya ikitərəfli münasibətləri, ölkəmizdə gedən iqtisadi inkişaf, o cümlədən kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları və digər sahələrdə mövcud əməkdaşlıq imkanları müzakirə edildi.

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

1news.az

16:20

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Almaniya Federativ Respublikası Bundestaqının vitse-prezidenti Tomas Oppermannın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az bu barədə dövlət başçısının saytına istinadla xəbər verir.

1news.az

 

 

Paylaş:
496

Son xəbərlər

Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, araşdırma aparılırBu gün, 14:30Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 14:00Qırğızıstan Ağdamda məktəb binası inşa edəcəkBu gün, 13:58Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə edibBu gün, 13:33Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:31Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıbBu gün, 13:19ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46Məhkəmə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı barədə qərar qəbul edibBu gün, 12:32Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38
Bütün xəbərlər