1news.az

Prezident Dövlət Turizm Agentliyinə 1,2 milyon manat ayırıb

17 İyul saat 20:43 ~ 1 dəqiqəlik oxu 71
Prezident Dövlət Turizm Agentliyinə 1,2 milyon manat ayırıb

Prezident İlham Əliyev “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir: 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun müasir standartlara uyğunlaşdırılması və sözügedən abidənin ərazisində müasir turizm infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə 1,2 milyon (bir milyon iki yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Rəsmi BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net