Prezident Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının V qurultayının iştirakçılarına müraciət edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının V qurultayının iştirakçılarına müraciət edib

17:30 - 19 / 12 / 2018
Prezident Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının V qurultayının iştirakçılarına müraciət edib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının V qurultayının iştirakçılarına müraciət edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, müraciətdə deyilir:

"Hörmətli qurultay iştirakçıları!

Sizi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının V qurultayının öz işinə başlaması münasibətilə səmimi salamlayır və hər birinizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Özündə minlərlə sahibkarlıq subyektini, o cümlədən 70-dək iqtisadi, sosial yönümlü assosiasiya və ittifaqı birləşdirmiş Azərbaycan Sahibkarlar Konfederasiyası ölkəmizdə iş adamlarının maraqlarını müdafiə edən və sahibkarlığın inkişafına dəstək verən əsas ictimai təşkilatlardandır. Ölkəmizin iqtisadi inkişafında onun özünəməxsus mövqeyi vardır.

Hazırkı mərhələdə başlıca məqsədlərimizdən biri milli iqtisadiyyatın rəqabət qabiliyyətliyinin yüksəldilməsi və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkəmizin dinamik sosial-iqtisadi inkişafının davamlılığını təmin etməkdir. Bu istiqamətdə post-neft dövrü iqtisadiyyatının müxtəlif sahələr üzrə inkişafı və biznes mühitinin yaxşılaşdırılması üçün respublikamızda mühüm addımlar atılır".

Dövlətimizin başçısı qeyd edib ki, islahatların müvəffəqiyyətlə aparılması və müxtəlif sahələri əhatə edən dövlət proqramlarının, genişmiqyaslı infrastruktur layihələrinin uğurlu icrası ölkəmizi nüfuzlu və etibarlı tərəfdaş kimi tanıdıb: "Aparılan islahatlar dünyanın aparıcı iqtisadi mərkəzləri tərəfindən də yüksək qiymətləndirilmişdir. 2018-ci ilin oktyabrında Dünya Bankının yaydığı “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunmuşdur. Yeni hesabatda 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşan Azərbaycan Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlmişdir. Belə yüksək nəticə məhz son illər gerçəkləşdirdiyimiz islahatlar sayəsində mümkün olmuşdur.

İqtisadiyyatın neftdən asılılığının minimuma endirilməsi və rəqabətqabiliyyətli milli iqtisadiyyatın formalaşdırılmasını, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılmasını qarşıdakı illərdə strateji hədəflərimizdən biri olaraq müəyyən etmişik".

Prezident vurğulayıb ki, hazırda qeyri-neft sənayesi və kənd təsərrüfatı sahələrində əldə edilən nailiyyətlər sahibkarlara biznes fəaliyyətini daha da genişləndirmələri üçün əlavə stimul yaradır: "Milli iqtisadiyyatın əsas sektorları üzrə qəbul olunmuş strateji “Yol Xəritə”sinin ölkəmizdə bir sıra sahələrin, o cümlədən sahibkarlığın inkişafında əhəmiyyətli rol oynayacağına inanıram.

Ümidvaram ki, qurultay zamanın çağırışlarına və milli inkişaf prioritetlərinə uyğun qərarları ilə qurumunuzun gələcək fəaliyyətinin səmərəli təşkili və sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi işinə öz töhfəsini verəcəkdir".

S.Xankişiyeva

 

Paylaş:
390

Son xəbərlər

“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşübBu gün, 12:16Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq veribBu gün, 12:07“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEOBu gün, 12:06Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıbBu gün, 11:42Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnibBu gün, 11:21Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcəkBu gün, 11:12
Bütün xəbərlər