Prezident Administrasiyasının rəsmisi: Azərbaycan ilə Belarus arasında xeyli sənəd imzalanacaq
Yaxın günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa səfəri olacaq.
Səfər çərçivəsində xeyli sənədin imzalanması nəzərdə tutulur. Bu cür yüksək səviyyəli səfərlər ölkələrimiz arasında intensiv xarakter daşıyır.
Bu barədə jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev bildirib.
Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, bu gün Azərbaycanla Belarus arasında münasibətlər siyasi, iqtisadi, ticari, hərbi-texniki, mədəni, humanitar və digər sahələri əhatə edir. İki ölkə arasında ticarət dövriyyəsi davamlı olaraq artır. Azərbaycan Prezidentinin Belarusa səfəri ölkələrimiz arasındakı əlaqələrin inkişafına daha güclü təkan verəcək. Dövlətimizin başçısı bu günlərdə Belarusun Azərbaycandakı səfirini qəbul edərkən bu məsələlər geniş şəkildə müzakirə olunub.