Prezident Administrasiyası rəsmisi: Radikal qruplar azərbaycançılıq ideologiyasına qarşıdırlar | 1news.az | Xəbərlər
Siyasət

Prezident Administrasiyası rəsmisi: Radikal qruplar azərbaycançılıq ideologiyasına qarşıdırlar

12:15 - 16 / 04 / 2019
Prezident Administrasiyası rəsmisi: Radikal qruplar azərbaycançılıq ideologiyasına qarşıdırlar

Azərbaycanda dini və etiqad azadlıqları təmin edilir. Xarici nümayəndələr də Azərbaycan dövlət-din münasibətlərini nümunə gətirirlər.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Əliheydər Zülfüqarov “Dini-ideoloji təhlükəsizlik və media” adlı konfransda deyib.

Ə.Zülfüqarov bildirib ki, müxtəlif dini konfessiyalar Azərbaycanda qarşılıqlı hörmət əsasında fəaliyyət göstərirlər və Azərbaycanda tolerantlıq ənənələri əsrlər boyu mövcud olub.

PA rəsmisi vurğulayıb ki, Azərbaycanda dini sabitliyə xaricdən idarə olunan müəyyən təhdidlər var:

“Lakin Azərbaycan güclü dövlətdir, hüquq-mühafizə orqanları bu halların öhdəsindən layiqincə gəlirlər. Bu gün internet məkanı üzərindən dini qarşıdurmanın qızışdırılması, aqressiv fikirlərin səsləndirilməsi, sosial şəbəkələrdə gənclərə zərərli fikirlərin təbliğ edilməsi kifayət qədər ciddi problem kimi qarşımızda dayanır. Bu sahədə müəyyən işlər görülür, aidiyyəti qurumlar tədbirlər görür”.

Onun sözlərinə görə, monitorinq və araşdırmaların nəticələri göstərir ki, radikal qruplar azərbaycançılıq ideologiyasına qarşıdırlar, hansısa xarici dairələrin təlimatlarını, ideologiyalarını təbliğ etməklə məşğuldurlar: “Bizim qarşımızda duran əsas vəzifələrdən biri də odur ki, həmin zərərli qruplara qarşı birgə mübarizə aparaq”.

Ə.Zülfüqarov əlavə edib ki, din mövzusunda media nümayəndələrinin məlumatlandırılması istiqamətində böyük işlər görülür: “Mətbuatda geniş və sanballı məqalələrlə gündəmə gələn müəlliflər tanıyırıq və bu, çox sevindirici haldır. Məqsəd vətəndaşları sağlam dini biliklərlə maarifləndirməkdir. Əgər belə olarsa, zərərli təmayüllər özü aradan qalxacaq”.

S.Xankişiyeva

 

Paylaş:
587

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər