Polşada Azərbaycanşünaslıq Mərkəzi fəaliyyətə başlayıb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Polşada Azərbaycanşünaslıq Mərkəzi fəaliyyətə başlayıb – FOTO

09:53 - 10 / 12 / 2018
Polşada Azərbaycanşünaslıq Mərkəzi fəaliyyətə başlayıb – FOTO

Polşanın Varşava Universitetində Azərbaycanşünaslıq Mərkəzi fəaliyyətə başlayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutundan 1news.az-a verilən məlumata görə, mərkəzin rəhbəri institutun beynəlxalq əlaqələr şöbəsinin müdiri Nərgiz Axundovadır.

Mərkəzin yaradılması barədə müqaviləni Varşava Universitetinin rektoru Marçin Palıs, Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov və Tarix İnstitutunun direktoru Yaqub Mahmudov imzalayıb.

Mərkəzin rəsmi açılış mərasimində akademik Yaqub Mahmudov və institutun əməkdaşları - elmi katib İradə Əliyeva, şöbə müdirləri Tofiq Mustafazadə və İradə Bağırova iştirak ediblər.

Tədbirdə Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin direktor müavini Aliyə Ağazadə, Varşava Universitetinin şərqşünaslıq fakültəsinin dekanı Piotr Taraxa və Türkologiya və Orta Asiya xalqları kafedrasının rəhbəri Aqata Bareya çıxış edərək mərkəzə görə Tarix İnstitutuna təşəkkürlərini bildiriblər.

Varşava Universitetinin siyasi elmlər və beynəlxalq münasibətlər fakültəsində Tarix İnstitutunun şöbə müdiri, professor Tofiq Mustafazadənin “Tarixdə erməni məsələsi” kitabının (ingiliscə) təqdimatı keçirilib. Bu əsər alimin “Erməni məsələsi”ndən erməni terrorizminə” kitabının (2016) ingilis dilinə tərcüməsidir və Varşavada çap olunub. Nəşrin elmi redaktorları tarixçi alimlər Yaqub Mahmudov və İradə Məmmədovadır. Kitabda “Erməni məsələsi”nin meydana gəlməsi, bu uydurma məsələnin beynəlxalq diplomatiyanın gündəminə gətirilməsi, ermənilərin silahlandırılaraq qiyamlara və terror əməlləri törətməyə təşviq edilməsi prosesi danılmaz faktlar əsasında təsvir olunur. T.Mustafazadə tədbirdə qeyd edib ki, erməni terrorizmi beynəlxalq terrorizmin əcaib formasıdır.

“Yeni nəşr ermənilərə ciddi mesajdır. Ermənilər nəinki Cənubi Qafqaza, ümumiyyətlə, Asiya qitəsinə köçüb gəlmə əhalidir. XVII əsrin 70-ci illərində Azərbaycanın İrəvan bölgəsinə, o cümlədən İrəvan şəhərinə səyahət etmiş türk səyyahı Evliya Çələbi “Səyahətnamə”sində və fransız səyyahı Jan Şarden “Parisdən İsfahana səyahət” əsərində bu torpaqların əhalisinin mütləq əksəriyyətinin Azərbaycan türkləri olduğunu bildiriblər. Tarix İnstitutunda aparılmış tədqiqatlar nəticəsində sübut edilib ki, 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb”, - deyə Yaqub Mahmudov təqdimat mərasimində bildirib.

Tarix İnstitutunun nümayəndə heyəti Polşaya səfər çərçivəsində Poznan Universitetinin Tarix fakültəsinin rəhbərliyi və Şərqşünaslıq fakültəsinin professorları ilə görüş keçiriblər. Görüşdə ikitərəfli əməkdaşlıq müqaviləsinin imzalanması üçün razılıq əldə olunub. Tarixçi alimlərimiz Poznan şəhərindəki İqnaçı Paderevski adına Musiqi Akademiyasında Polşanın baş naziri olmuş İqnaçı Paderevskinin və Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri olmuş Əlimərdan bəy Topçubaşovun barelyefini ziyarət ediblər.

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Tarix İnstitutunun əməkdaşlarını İqnaçı Paderevski və Əlimərdan bəy Topçubaşovun şəkilləri həkk olunmuş medallarla təltif edib.

1news.az

Paylaş:
545

Son xəbərlər

Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07
Bütün xəbərlər