Politoloq: Tonoyanın ABŞ-da elan etdiyi “Yeni ərazilər üçün yeni müharibələr” konsepsiyası Rusiya üçün tələdir | 1news.az | Xəbərlər
Siyasət

Politoloq: Tonoyanın ABŞ-da elan etdiyi “Yeni ərazilər üçün yeni müharibələr” konsepsiyası Rusiya üçün tələdir

11:00 - 22 / 04 / 2019
Politoloq: Tonoyanın ABŞ-da elan etdiyi “Yeni ərazilər üçün yeni müharibələr” konsepsiyası Rusiya üçün tələdir

Ermənistanın Müdafiə naziri D.Tonoyan ABŞ-da elan etdiyi “Yeni ərazilər üçün yeni müharibələr” konsepsiyasını reallaşdırmağa başlayıb.

Azərbaycan Respublikası Gədəbəy rayonunun Başkənd (Artsvaşen) kəndi ətrafındakı hərbi hazırlıqlar və Dağlıq Qarabağda  gördükləri bəzi işlər bunu deməyə əsas verir. Artsvaşenə hücum üçün  həm siyasi fon yaradılıb, həm də Tonoyan özü sərhədyanı Qeqarkunik vilayətinin Vaan kəndindəki hərbi hissəyə gəlib lazımi göstəriş verdi. Yerli əhali ilə görüşdü, onların ruhlandırılması istiqamətində tədbirlər keçirdi. Üstündən 3 gün keçmiş Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi Artak Davtyan Başkənd (Artsvaşen) ətrafındakı hərbi hissəyə baş çəkdi. Yayılan məlumatdan bəlli olur ki, sırf hərbi əməliyyatlara hazırlıq prosesi ilə tanış olub, lazımi göstərişlər verib.

D.Tonoyan müdafiə nazirinin müavini olarkən 2015-ci ildə “Statik müdafiədən aktiv cilovlama” konsepsiyasını hazırladı. 2016-cı ilin fevralınadək dinləmələr keçirərək  bunu Aİ və NATO-da razılaşdırdı. Ən nəhayət Ermənistanda ziyalıların geniş iştirakı ilə  bu variantı təqdim etdi.

Həmin konsepsiyaya görə Ermənistan ordusu kiçikdir, əvvəlki dövrlərə nisbətən daha çox itki verməyə başlayıb. Bu erməni xalqında ruh düşkünlüyünü yaradır. Bunun qarşısını almadan ötrü Ermənistan ordusu kiçik qüvvələrlə güclü Azərbaycan ordusuna asimmetrik zərbələr endirməlidir. Bu konsepsiyası nəhayət ki, 2016-cı ilin aprelində döyüşlərə gətirib çıxartdı və nəticəsi də bəllidir.

D.Tonoyan indi “yeni ərazilər uğrunda yeni müharibə” konsepsiyasını irəlilədir. Amma bu konsepsiyanın geosiyasi təminatı 2016-cı ildəkindən fərqlidir; Ermənistan S.Sərkisyanın dövründən çalışırdı ki, Rusiya ilə Qərb arasında geniş müharibə yaratsın və bununla da Dağlıq Qarabağ məsələsi yaddan çıxsın. Həm Müdafiə nazirinin müavini, həm də Fövqəladə Hallar naziri kimi Tonoyan bu proseslərdə iştirak edirdi. Ermənistanın Fövqəladə Hallar Nazirliyi ABŞ-ın güclü dəstəyi ilə yaradıldı və ikinci hərbi nazirliyə çevrildi. Naxçıvan ətrafında ermənilərin qaldırdığı hay-küy unudulmayıb. Ona görə D.Tonoyanın “yeni ərazilər uğrunda yeni müharibə” konsepsiyasını Rusiya ərazisində deyil, məhz ilk leqal səfəri zamanı ABŞ ərazisində bəyan etməsi də bu kontekstdə tam uyğun gəlir. ABŞ-dan əvvəl D.Tonoyan 3 dəfə RF -də olmuşdu. Tonoyanın “yeni ərazilər uğrunda yeni müharibə”  çağırışına Ermənistan cəmiyyətində müxtəlif cür əsaslandırmalar oldu. Hətta bunu N.Paşinyanın həyat yoldaşı Anna Akopyanın pul yığmasına kömək kimi izah edənlər də oldu. Bəlli olur ki, A.Akopyan əliboş geri qayıdır, amma Tonoyan isə öz işini davam etdirir. D.Tonoyanın müharibəyə hazırlığı və bu müharibənin Rusiyanın əleyhinə çevrildiyi göz qabağındadır;  Rusiyanın  əziyyət çəkdiyi böyük geosiyasi müharibə yaratmaq.  D.Tonoyanın və N.Paşinyanın Rusiyaya yaltaqlığının arxasında məhz Rusiyanı böyük bəlaya salmaq və ya Rusiyaya arxadan zərbə vurmaq dayanıb.

Buna cavab olaraq RF Ermənistanı elə cəzalandırmalıdır ki, hərbi əməliyyatları tamamilə başında çıxartsın. Ermənistanın hər bir hərbi bəyanatına görə Rusiya Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının bir polkunun  çıxarılmasına nail olmalıdır. Ermənistan əgər Rusiyanın müttəfiqidirsə bu məsələdə Rusiyada müəyyən arxayınlıq yaratmalıdır. Ən azı Ermənistan publik şəkildə bir hərbi hissəsini yaxın vaxtlarda Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalı və bunu məhz müharibədən, xüsusilə geosiyasi müharibədən qaçmaq üçün etdiklərini bəyan etməlidir. Əks-təqdirdə müharibənin ziyanını Rusiya çəkəcək. Təbii ki, məsuliyyət Ermənistanın boynunda olacaq.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

Paylaş:
671

Son xəbərlər

FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36
Bütün xəbərlər