Politoloq: Seçkilər Ermənistanda Qarabağ məsələsinin anti-reytinqə malik olduğunu üzə çıxartdı | 1news.az | Xəbərlər
Siyasət

Politoloq: Seçkilər Ermənistanda Qarabağ məsələsinin anti-reytinqə malik olduğunu üzə çıxartdı

11:45 - 19 / 12 / 2018
Politoloq: Seçkilər Ermənistanda Qarabağ məsələsinin anti-reytinqə malik olduğunu üzə çıxartdı

Seçkilər Ermənistanda Qarabağ məsələsinin anti-reytinqə malik olduğunu üzə çıxartdı. Dekabrın 9-da keçirilən növbədənkənar parlament seçkiləri uzun müddət təhlil obyekti olaraq qalacaqdır. Hal-hazırda bu seçkilərdə ən çox müzakirə olunan məsələ xalqın seçkidə iştirak etməməsidir.

Demokratiyanın ən sadə əlifbası 50%+1-dir. Bu seçkilərdə 48,63% əhali iştirak etdi. Gələcəkdə təhlilçilər Dağlıq Qarabağ tənzimlənməsinə münasibəti axtaracaqlar və bu münasibətlər artıq bəllidir: Erməni xalqı üçün Dağlıq Qarabağ mövzusu nəinki birinci yerdə deyil, hətta Dağlıq Qarabağ mövzusu anti-reytinqə malikdir. Başqa sözlə, Dağlıq Qarabağ məsələsi erməni xalqını bezdirib və erməni xalqının təhtəlşüuru Dağlıq Qarabağ probleminin rədd olunması istiqamətindədir. Anti-reytinq isə göstərir ki, ermənilər Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edirlər. Dağlıq Qarabağ məsələsinin anti-reytinqə malik olduğuna dair bir neçə arqument gətirmək olar. Amma 2 tutarlı arqument digər arqumentləri ortalığa gətirməyə ehtiyac qoymur:

  1. Ermənistandakı seçkidə ən çox səs toplayan Sasun Mikaelyan oldu. N.Paşinyanın “Mənim addımım” blokunda 7-ci yerdə olan S.Mikaelyan 31min 739 səs topladı və bununla da o Ermənistanda ən çox səs toplayan adamdır. S.Mikaelyan Ermənistanda tanınmış və populyar adamdır. Qarabağda qan tökmüşlərdən biridir, müəyyən bir imkanları var. N.Paşinyanın “məxməri inqilabında” yaxından iştirak edib. Amma S. Mikaelyanı məşhurlaşdıran onun son bəyanatı oldu. S.Mikaelyana görə erməni xalqı üçün Dağlıq Qarabağda apardığı “azadlıq müharibəsindən” daha vacib Paşinyanın “məxməri inqilabı”dır. Onun bu fikri Ermənistanın ictimai-siyasi mühitində ciddi müzakirə olundu və Dağlıq Qarabağda ciddi narazılıq yaratdı. Amma buna baxmayaraq ən çox səsi də məhz S.Mikaelyan qazandı. Sasun Mikaelyanın Dağlıq Qarabağı aşağılaması olmasaydı, “məxməri inqilabı” üstün tutmasaydı S.Mikaelyan bu qədər səs toplaya bilməzdi. Fikrimizi əsaslandırmaq üçün deyək ki, N.Paşinyanın “Mənim addımım” blokunda birinci onluqda hətta Paşinyan familiyalı başqa bir şəxs də var -Sipan Paşinyan. Bu Nikol Paşinyanın qardaşı oğludur. Onun topladığı səsin miqdarı 17155-dir. Sasun Mikaelyanın səsinin çoxluğunu xarakterizə etmək üçün əlavə başqa rəqəmi deyə bilərik ki, baş nazirin birinci müavini və siyahıda partiyasının  adı birinci olan Ararat Mirzoyanın topladığı səsin miqdarı 25 min 550-dir. Yəni fərq hər halda aşkar şəkildə  hiss olunur və bu fərqi yaradan S.Mikaelyanın Dağlıq Qarabağ mövzusunu aşağılaması, “məxməri inqilab” mövzusunu şişirtməsidir. “Məxməri inqilab” mövzusunu şişirtməsindən daha çox Dağlıq Qarabağ mövzusunu alçaltması öz işini görüb.
  2. “Sasna srer” çilərin fikrincə, onların az səs toplamasının səbəbi Qarabağ məsələsində radikal mövqelərdə dayanması oldu. Bunu “Sasna srer”in müharibə qanadı təmsilçiləri bildirdilər. Amma siyasi mühit üçün daha dəyərlisi odur ki, bunu “Sasna srer”in seçki siyahısında yer almış analitik düşüncəli Stepan Qriqoryan bildirdi. Özünü ümumerməni partiyası adlandıran “Sasna srer” 22min 862 səs topladı. Başqa sözlə S.Mikaelyanın təkbaşına topladığı səsdən 1,5 dəfə az.

 Bu 2 arqument Ermənistan cəmiyyətinin mövqeyini göstərir və 9 dekabr seçkilərinə Dağlıq Qarabağ mövzusunda referendum kimi yanaşmaq olar.

Nikol Paşinyanın bu fikri inkar etməsi heç kəsə yox, onun özünə zərbə vuracaq.

 

  1. Paşinyan “Dağlıq Qarabağ ermənilərinin ən böyük düşməni Ermənistan erməniləridir” formulunu yenidən aktuallaşdırır.

Nikol Paşinyan Qarabağda de-fakto hakimiyyəti cəzalandırır.

Nikol Paşinyanın  Dağlıq Qarabağın de-fakto rəhbərliyinə qarşı neqativ münasibəti göz qabağındadır. Bunun çoxlu səbəbləri ola bilər:

  1. Nikol Paşinyan ümumiyyətlə xarakterinə görə dəyişən adamdır. Nə qədər Dağlıq Qarabağ separatçılığı ilə bağlı müsbət ritorika səsləndirsə də nəhayət ki, o haçansa fikrini dəyişməli idi.

Paşinyan hesab edir ki, Dağlıq Qarabağ Ermənistanın inkişafına əngəl törədir.

  1. Sasun Mikaelyanın Ermənistandakı “məxməri inqilabı” Dağlıq Qarabağın azadlıq mübarizəsindən üstün tutması ilə bağlı fikrinə Dağlıq Qarabağdan verilən reaksiya Paşinyanı qıcıqlandırdı və Dağlıq Qarabağın de-fakto rəhbərliyinı hədələdi. Paşinyan üçün dünyada ən böyük müqəddəs şey Ermənistandakı məxməri inqilabdır. “Artsax”da (Dağlıq Qarabağ) azadlıq mübarizəsi lokal bir məkanda baş verən hadisədir, “məxməri inqilab” isə dünya miqyaslı hadisədir.

III. Dağlıq Qarabağ rəhbərliyini idarə olunan vəziyyətə salmaq üçün belə vəziyyət yaratmaq Paşinyanın idarəetmə stilidir.

  1. Azərbaycanlı girovların Şuşa həbsxanasından Yerevana gətirilməsinə Dağlıq Qarabağın de-fakto rəhbərliyinin icazə verməməsi Nikol Paşinyanın şərəfinə toxunub.

Qəzəbin L. Mnasakanyanın üzərində fokuslanması da təsadüfi deyil:

ı. 3 azərbaycanlı girovun qaytarılmasını Dağlıq Qarabağda hərbi-siyasi vəziyyətə pis təsir edəcəyinin əsaslandırmasını B.Saakyanın tapşırığı ilə L.Mnasakanyan edib.

ıı. L.Mnasakanyan N.Paşinyanın Dağlıq Qarabağda hərbi xidmətdə olan oğlunu həqiqi hərbi xidmətə məcbur edir.

ııı. Ermənistanda həbslərin yeni dalğasına hazırlıq başlayıb. Eləcə də KTMT-nın keçmiş Baş katibi Yuri Xaçaturova qarşı başqa maddələr üzrə cinayət işinin qaldırılması indiki siyasi şəraitdə Paşinyana lazımdır. Y.Xaçaturov Ermənistanın Müdafiə nazirinin müavini olarkən Movses Akopyan qondarma Dağlıq Qarabağda müdafiə naziri idi və onların arasında narazılıq var idi. Çünki Movses Akopyan Seyran Ohanyanın sözü ilə Y.Xaçaturova qarşı intriqa ilə məşğul idi. Movses Akopyan ehtimal ki, Y.Xaçaturovun əleyhinə əvvəlki faktları vermək istəmir. Movses Akopyanı buna məcbur etməyin də ən yaxşı variantı Dağlıq Qarabağın de-fakto müdafiə naziri L.Mnasakanyandır. Çünki Mnasakanyan qondarma Dağlıq Qarabağda müdafiə nazirliyini məhz Movses Akopyandan aldı və onun külli miqdarda saxtakarlığı, yeyintisi üzə çıxardı. Görünür, Paşinyan L.Mnasakanyan vasitəsilə M. Akopyanı silkələyir və M.Akopyan da vəziyyətdən çıxmaq üçün Y.Xaçaturovun əleyhinə lazım olan digər ifadələri verir.

Dağlıq Qarabağ erməniləri  N.Paşinyanın xəstə şüurunun formalaşdırdığı məntiqsiz siyasətinin zolağına düşdü və hər halda Dağlıq Qarabağın daxilində bu reaksiyasız qalmayacaq. “Dağlıq Qarabağ ermənilərinin ən böyük düşməni Ermənistan erməniləridir” formulu yenidən aktuallaşacaq.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq 

Paylaş:
425

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər