Politoloq: Rusiya-ABŞ yaxınlaşmasına Trampın taktiki gedişləri kimi yanaşmaq daha düzgündür | 1news.az | Xəbərlər
Siyasət

Politoloq: Rusiya-ABŞ yaxınlaşmasına Trampın taktiki gedişləri kimi yanaşmaq daha düzgündür

12:25 - 09 / 07 / 2019
Politoloq: Rusiya-ABŞ yaxınlaşmasına Trampın taktiki gedişləri kimi yanaşmaq daha düzgündür

Rusiya-ABŞ yaxınlaşması davam edir. Təşəbbüs D.Trampın əlindədir. Hal-hazırda bu yaxınlaşmaya D.Trampın taktiki gedişləri kimi yanaşmaq daha düzgündür.

D.Tramp İrana qarşı müharibəyə hazırlaşır, İran Rusiyanın qonşusudur, o cümlədən Tramp Suriyada öz siyasətini uğurlu göstərməyə möhtaclıdır, Əfqanıstan kampaniyasında dalandan çıxmağı düşünür, Venesuela məsələsində daha böyük dəyişikliyə nail olmağa çalışır.

Bunların hamısı həm də D.Trampa qarşıdan gələn prezident seçkilərində lazımdır. Rusiyanın dünya siyasətində oynadığı rol D.Trampı belə taktiki gedişlərə vadar edir. Xarakterik misal; D.Tramp V.Putinin adından Rusiyanın  qoşunlarını Venesueladan çıxardığı barədə məlumat yaydı. RF prezidenti V.Putinin Mətbuat Xidmətinin rəhbəri D.Peskov bunu dərhal təkzib etdi: V.Putin D.Trampa belə bir məlumat verə bilməzdi, ən azı ona görə ki, RF hərbi mütəxəssislərini Venesueladan çıxarmayıb. Bu fakt özü D.Trampın Rusiyaya isti münasibətinin taktiki gediş olduğunu göstərir. Onun müşaviri C.Bolton Rusiyanın Venesuela ilə 209 milyon dollarlıq silah müqaviləsi imzalamaqla bağlı məlumat yaydı. D.Tramp Rusiyanın ünvanına xeyli diframbalar, təriflər səsləndirir.

V.Putinin ABŞ-Rusiya münasibətlərinin yaxşılaşmasına münasibəti isə praqmatikdir və soyuq təhlilə söykənir; ABŞ Rusiyaya yaxınlaşa bilməz, münasibətləri istiləşdirə bilməz. Çünki orada hər şey Trampdan asılı deyil, Amerikanın idarəçilik sistemi hal-hazırda anti-Rusiya mahiyyətlidir. Ona görə ABŞ Rusiya ilə dialoqa hazır deyil.

G-20-nin sammitində (Osako, Yaponiya) V.Putin və D.Tramp iki dəfə görüşdülər. Əvvəlcə ayaqüstü, sonra isə əvvəlcədən planlaşdırıldığı kimi saat yarım görüş keçirdilər. Suriya, İran və Ukrayna mövzusu müzakirə edildi. D.Trampın V.Putinin ünvanına səsləndirdiyi təriflər fonunda Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini yenidən artırdı.

V.Putinin G-8-in sammitində iştirakı ayrıca hadisə hesab edilə bilər. O, təkcə D.Trampla deyil, həm də Böyük Britaniyanın Baş naziri T.Mey, Kanadanın Baş naziri Trudo, Almaniyanın kansleri A.Merkel, Türkiyə prezidenti R.T.Ərdoğan, ÇXR sədri Si Tszinpin və Səudiyyə vəliəhdi bin Salman və s. çoxsaylı görüşlər keçirdi. G-20-də diqqət çəkən məsələlərdən biri də dünyanın geosiyasətinin arxitekturasının dəyişilməsi istiqamətinə təkan verə biləcək ciddi addımların baş verməsidir. Bu müstəvidə BRİKS sammitini keçirdi, dünyada sabitlik məsələlərini müzakirə etdilər. Bu sammit çərçivəsində Çin, Hindistan və Rusiya prezidentləri görüşüb, qlobal prosesləri, dünyadakı sabitlik məsələlərini müzakirə etdilər. Faktiki G-8, G-20 ilə yanaşı artıq BRİKS Çin, Hindistan və Rusiya birliyi də dünyanın taleyində ciddi rola iddialı olmağa başlayıb.

Qazaxıstanda prezident seçkiləri keçirildi.

Prezident seçkiləri səsvermə günü və səsvermədən sonra əhalinin geniş iştirakı ilə mitinqlər keçirildi. 500-ə yaxın polisin zərər çəkdiyi barədə məlumatlar yayıldı. Həbs olunanların, tutulanların sayının çox olması məntiqlidir. Sosial şəbəkələr və bəzi internet saytlarına da blok qoyuldu. Mətbuatın açıqladığına görə prezident seçkiləri ərəfəsində ABŞ nəzarətində olan mətbuat və Qeyri-Hökumət Təşkilatları vasitəsilə Qazaxıstana təsirini artırdı. Seçkilərə ATƏT-in Demokratiya Təchizatları və İnsan Hüquqları Bürosu müsbət rəy vermədi. Yeni prezident K.Tokayevin komandası ATƏT/DTİHB-in rəyinə normal münasibət bildirdi, ATƏT/DTİHB belə münasibəti bəyəndi. Belə yanaşmanı regionda ilk dəfə Özbəkistan tətbiq etdi; ABŞ Dövlət Departamentinin ənənəvi illik hesabatında tənqidə Özbəkistan anlayışla yanaşdı və nəticə çıxaracaqlarını bəyan etdi. Aİ müşahidə missiyası da seçkilərdən narazıdır. Baş vermiş qüsurları tezliklə aradan qaldırmağı tövsiyə etdi.

Amma seçkidə daha vacib siyasi nəticələr və ya siyasi bəyanatlardır.

Bəzi siyasilərin fikrincə, Qazaxıstanda seçki məntəqələrində olan protokolların nəticəsi ilə elan olunmuş nəticələr fərqlidir.

İlk dəfədir ki, seçkilərdə müxalifət legitim şəkildə 16,3 faiz səs toplayıb. “Can Qazaxıstan” hərəkatının təmsilçisi Əmircan Kosanov 16,3 faiz səs topladı. Qazaxıstan üzrə mütəxəssislər bunu “cinin butulkadan çıxması” kimi təqdim etdilər və Qazaxıstan müxalifətinə legitim bu qədər səsin rəsmən etiraf olunması müxalifəti siyasi aktivliyə vadar edən səbəb kimi başa düşülür. Seçkidən qabaq “Oyan, Qazaxıstan” hərəkatı yaranmışdı. Buda daha uzun müddət üçün nəzərdə tutulub.

Bunlardan heç də geri qalmayan seçilmiş prezident K.Tokayevin verdiyi bəyanatlarıdır:

ı. Mitinqlərin səbəbi kasıblıqdır.

ıı. Qazaxıstan iri imic xərclərindən imtina etməlidir.

ıı. Gəlin, bu “tranzit” sözündən birdəfəlik qurtaraq. Mən yoldan ötən, tranzitçi deyiləm, qatarı, təyyarəni dəyişən və yaxud başqa bir nəqliyyat vasitəsinə minən adam deyiləm. Mən Qazaxıstanın tam hüquqlu prezidentiyəm.

ıv. Qazaxıstanda hələki AES tikintisi planlaşdırılmır.-K.Tokayev bununla da prezident qismində Rusiyaya ilk səfəri zamanı AES tikintisinin razılaşmasından imtina etdi. Bu, Rusiya ilə münasibətdə özünü göstərəcəkdir. AES tikintisi məsələsi Rusiya ilə ABŞ arasındakı geosiyasi mübarizənin ən kəskin qovşağında yerləşir. Qazaxıstan ərazisində Rusiya texnologiyası üzrə AES tikiləcəksə, Qazaxıstan ABŞ-la münasibətlərdə çox şeyi itirə bilər.

RF prezidenti V.Putin telefonla K.Tokayevi təbrik etdi. Özbəkistanın prezidenti Ş.Mirziyayev və region dövlətlərin prezidentləri onu təbrik etdi

AES tikintisi ilə əlaqəli məsələlər canlanma yaratmışdı. Tenderdə ABŞ, Çin, Rusiya, Cənubi Koreya, Fransa və Yaponiya konsorsiumları iştirak etmək istəyirdilər. Sonradan rəsmən Qazaxıstanda AES tikintisi üzrə heç bir tenderin keçirilməyəcəyi açıqlandı və bildirildi ki, Qazaxıstanda AES tikintisi yalnız referendumdan sonra müəyyənləşdiriləcəkdir.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

Paylaş:
638

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər