Politoloq: Paşinyan Uşakovun imicini ləkələməklə ATƏT müşahidəçilərinin müsbət rəyini qazanmaq istəyir | 1news.az | Xəbərlər
Siyasət

Politoloq: Paşinyan Uşakovun imicini ləkələməklə ATƏT müşahidəçilərinin müsbət rəyini qazanmaq istəyir

10:35 - 07 / 12 / 2018
Politoloq: Paşinyan Uşakovun imicini ləkələməklə ATƏT müşahidəçilərinin müsbət rəyini qazanmaq istəyir

Nikol Paşinyan seçkidə gözləmədiyi vəziyyətlə üzləşib. Belə halda beynəlxalq müşahidəçilərin mənfi rəyi onun Qərblə əlaqələrini tamamilə korlaya bilər.

N.Paşinyanın qabağında duran əsas məsələ ATƏT-in demokratik təsisatlar və insan hüquqları bürosunun müsbət rəyini almaqdır. N.Paşinyan əla bilir ki, belə rəylər ancaq aparılan siyasətə görə verilir. Ona görə N.Paşinyan RF prezidenti V.Putinin beynəlxalq məsələlər üzrə köməkçisi Y.Uşakovu yalançı adlandırdı. Y.Uşakov KTMT-nin dekabrda Sankt Peterburq iclasının Ermənistanın müraciəti əsasında təxirə salındığını bildirmişdi. Əslində Uşakov yeni bir söz deməyib. Ondan bir az öncə N.Paşinyan özü elan etmişdi ki, Rusiya KTMT-nin Sankt-Peterburq sammitini təxirə salıb.

Rusiyanın, Qazaxıstanın və ya Belarusun sammiti təxirə salmasında heç bir ehtiyacı yox idi. Bu yalnız Ermənistana görə ola bilər və Putin də özbaşına bu iclası təxirə salmaq niyyətində ola bilməzdi. N.Paşinyanın bəyanatları da onun KTMT baş katibi postundan əl çəkdiyini göstərirdi. Çünki o əvvəlcədən bəyan etmişdi ki, KTMT-nin baş katibliyindən qat-qat vacib məsələlər var.

N.Paşinyanın atdığı addımlar onun parlament seçkilərindən sonra Qərbyönümlü kurs götürəcəyini göstərir. Bərpa olunan enerji sahəsində görülən işlər, alternativ energetika və yaxud energetika sahəsində aparılan islahatlar Rusiyanın ziyanınadır, Qərbin planı üzrə reallaşır.

Daha bir siyasi iradə ortalığa qoymaqdan ötrü N.Paşinyan Uşakovu yalançı kimi qələmə verdi. Y.Uşakov indi Putinin daimi yanındadır, bəzi gizli və yaxud arxada qalan məsələlərin izahını Uşakova verir. Ona görə Paşinyanın  Uşakova yalançı deməsi Rusiyanın imicinə KTMT-nin imicinə vurduğu zərbədən heç də az zərbə deyil və bunu da etməkdə Paşinyanın məqsədi ATƏT müşahidəçilərinin müsbət rəyini almaqdır.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

 

Paylaş:
468

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEOBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45
Bütün xəbərlər