Politoloq: Paşinyan savadı və məntiqi ilə ATƏT-in Minsk Qrupunu Dağlıq Qarabağ tənzimlənməsindən uzaqlaşdırdı | 1news.az | Xəbərlər
Siyasət

Politoloq: Paşinyan savadı və məntiqi ilə ATƏT-in Minsk Qrupunu Dağlıq Qarabağ tənzimlənməsindən uzaqlaşdırdı

14:02 - 20 / 09 / 2018
Politoloq: Paşinyan savadı və məntiqi ilə ATƏT-in Minsk Qrupunu Dağlıq Qarabağ tənzimlənməsindən uzaqlaşdırdı

Ermənistanın Baş naziri statusunda Nikol Paşinyanın verdiyi hər bir bəyanatı kifayət qədər müəyyənedici xarakterlidir. Bəlkə də N.Paşinyan savadsız və yaxud məntiqsiz adam rolunu ifa edir. Mümkündür, onun həyat tərzində bunu görmək olar.

Nikol Paşinyanın Dağlıq Qarabağın Ermənistanın tərkibinə qatması ilə bağlı bəyanatları sırf birmənalıdır. Başqa variantda başa düşmək mümkün deyil. O, Ermənistanın baş naziri postunda ən azı 2 dəfə Dağlıq Qarabağı Ermənistanın tərkibində gördüyünü bəyan edib. Sonuncu bəyanatında Dağlıq Qarabağı Ermənistanın tərkibinə qatmağın variantını axtardığını bildirdi. Əslində bu Ermənistanın Nikol Paşinyanın rəhbərlik etdiyi hakimiyyətinin Dağlıq Qarabağın statusunun müəyyən olunmasına müdaxiləsidir. Dağlıq Qarabağın statusunu isə Ermənistan deyil, ATƏT-in Minsk konfransı müəyyən etməlidir. Əgər N.Paşinyan Dağlıq Qarabağın statusunu müəyənləşdiribsə danışıqlara və beləliklə ATƏT-in Minsk Qrupunun fəaliyyətinə ehtiyac qalmır. Baş nazir Nikol Paşinyan Ermənistanın siyasi elitasının savad və səviyyəsinin barometridir.

Məsələnin digər tərəfi də diqqət çəkir: Nikol Paşinyan ATƏT-in Minsk Qrupunun nizamnaməsinə zidd bəyanatlarına ATƏT MQ bu günədək heç bir reaksiya verməyib. Bununla ATƏT-in Minsk Qrupunun həmsədrləri  beynəlxalq hüquqa, özlərinin nizamnaməsinə, təmsil etdiyi dövlətlərə hörmətsizlik nümayiş etdirirlər. Əgər ATƏT-in Minsk Qrupu həmsədrləri özünəhörmət hissi ilə tanışdırlarsa, onlar Dağlıq Qarabağ tənzimlənməsindən uzaqlaşmalıdırlar.

ATƏT MQ Dağlıq Qarabağ tənzimlənməsində kömək üçün Azərbaycan ordusuna müraciət etməklə özünün imicinin daha ləkələnməsinin qarşısını ala bilər.

Ermənistan Xarici İşlər naziri Dağlıq Qarabağda yeni kələklə rastlaşdı.

Ermənistanın Xİ naziri Z.Mnasakanyanın Xankəndində (Stepanakertdə) separatçı rejimin rəhbərliyi ilə görüşəcəyi əvvəlcədən anons edilmişdi. Anonslar Ermənistan Xİ nazirliyinin praktikasında  zərərli hal sayılsa da separatçı rejimin rəhbərliyi ilə görüşün anonsu məqsədli idi. Z.Mnasakanyan ABŞ-a BMT BA-da iştirak zamanı Azərbaycan Xİ naziri E.Məmmədyarovla görüşməlidir, bu razılaşdırılıb. Z.Mnasakanyan həmsədrlərin Ermənistana təqdim etdiyi tənzimlənmə variantı ilə tanışdır və bunun Ermənistanın maraqlarına zidd olduğunu bilir. N.Paşinyanın verdiyi açıqlamaya görə isə Ermənistana təqdim olunan layihədə Dağlıq Qarabağın statusu ilə bağlı aydın fikirlər olmasa da ətraf ərazilərin Azərbaycana qaytarılması ilə bağlı maddələr çox aydındır.

Z.Mnasakanyan separatçı rejim rəhbərləri ilə görüşdə 2 məqamı diqqətdə saxlamışdı:

Azərbaycan Xİ naziri və həmsədrlərlə görüşə gedərkən Dağlıq Qarabağda da görüşlər keçirdiyini bildirsin və bununla da məzmunlu danışıq tərəfdarı olduğunu göstərsin.

Z.Mnasakanyan Ermənistanın çətin vəziyyətdə olduğunu bilir, Dağlıq Qarabağ rejimi liderlərinin mövqeyindəki hər hansı yumşalma Ermənistana yeni nəfəs verə bilər. Bəllidir ki, Dağlıq Qarabağ problemində irəliləyiş olmayanadək beynəlxalq aləm Ermənistana investisiya qoymayacaq. N.Paşinyanın blef resursu  yaxınlarda bitəcəkdir.

Z.Mnasakanyan isə Dağlıq Qarabağda sürprizlə rastlaşdı. Qondarma rejimin rəhbərliyi Z.Mnasakanyanı aldatmağa çalışdılar ki, Dağlıq Qarabağın beynəlxalq aləmdə tanınmasında yeni hərəkətlər baş verir; Parlament diplomatiyası aktivləşib və parlament diplomatiyasına Ermənistan da təkan verməlidir. Həqiqətən Avroparlamentin, Fransa parlamentinin və ABŞ konqresmenlərindən birinin Dağlıq Qarabağa səfərləri olub. Avroparlamentarilər hətta millətlərin öz müqəddəratını təyinetmə hüququnun onlar üçün beynəlxalq hüququn digər prinsiplərindən üstün olduğunu bəyan ediblər. Qondarma qurumun rəhbərliyi parlament diplomatiyasının güclənməsi ilə yalnız Ermənistanda bir neçə nəfəri aldada bilər. Hamıya bəllidir ki, bu 3 qrup parlamentarinin səfərlərini ermənilər özləri təşkil ediblər. Ermənilər yaxşı pul versəydi Avroparlamentarilər hətta Plutonun da Plutyan olduğunu bəyan edəcəkdilər.

B.Saakyan hərbi təlimlərlə bağlı müşavirə keçirərək Z.Mnasakanyanı Dağlıq Qarabağda hərbi gücün artdığına inandırmağa çalışdı. Eyni belə vəziyyət iqtisadiyyatla da bağlı təkrarlandı.

Hər halda Z.Mnasakanyan analitik qabiliyyətə malikdir. 30 il ərzində Dağlıq Qarabağ özünü hətta kənd təsərrüfatı məhsulları ilə təmin edə bilməyib, Ermənistanın dövlət büdcəsindən ayırmalar və diaspordan gələn yardım hesabına yaşayır. Dağlıq Qarabağda əhalinin sayında azalma var. Süni vasitələrlə doğumu artırsalar da artıq bu ildən hər şey yenidən azalma istiqamətindədir. Dağlıq Qarabağa Ermənistan dövlətinin və dünya erməniliyinin etdiyi yardımın pik dövrü arxada qaldı. Bu dövrdə bir şey əldə edə bilməyiblərsə, gələcəkdə də heç bir irəliləyiş əldə edə bilməzlər. Azərbaycanın artan uğurlarını Dağlıq Qarabağda ən qatı separatçılar da belə inkar edə bilmir.

Dağlıq Qarabağda Azərbaycanla əlaqələrə meyl artır. Sosial problemlər ucbatından Dağlıq Qarabağ ermənisi ya torpağını tərk edəcək, ya da öləcək. Torpaq erməniyə qalmayacaq. Torpaq avtomatik olaraq öz sahibinə-Azərbaycana qayıdacaq. Belə olan halda ağıllı ermənilər həm ölməmək, həm də torpaqda yaşamaq üçün torpağın Azərbaycana qayıtmasına etiraz etməyəcək. Sadə ermənilərin qayğısı belədir. Amma separatçı rejimin başında duranlar  Ermənistan rəhbərliyini inandırmaq üçün yeni kələklər işləyib hazırlayırlar. Dağlıq Qarabağ erməniləri çox gözəl başa düşürlər ki, bunun da sonu uzaq çəkməyəcək. Bəşər tarixində ən yüksək məqama çatmış erməni Edvard Cerecyan (ABŞ prezidentinin müşaviri işləyib) 2012-ci ildən erməniləri xəbərdar edir ki, Dağlıq Qarabağ məsələsində Azərbaycan nə verirsə, götürün. Bir azdan heç nə əldə edə bilməyəcəksiniz. O, sonuncu dəfə bu fikri 2014-cü ildə təkrarladı. Ermənilər bir-birinə kələk hazırlamaq əvəzinə Cerecyana qulaq assınlar.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

 

Paylaş:
413

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər