Politoloq: Paşinyan İsayev vasitəsi ilə Qərb üçün Rusiyanın daxilinə əlavə rıçaq verməklə divident əldə etmək istəyir | 1news.az | Xəbərlər
Siyasət

Politoloq: Paşinyan İsayev vasitəsi ilə Qərb üçün Rusiyanın daxilinə əlavə rıçaq verməklə divident əldə etmək istəyir

11:47 - 13 / 02 / 2019
Politoloq: Paşinyan İsayev vasitəsi ilə Qərb üçün Rusiyanın daxilinə əlavə rıçaq verməklə divident əldə etmək istəyir

Ermənistanın baş naziri N.Paşinyan Moskvada olarkən Rusiyanın müxalifətçi ictimai siyasi xadimi, “Yeni Rusiya” fondunun rəhbəri, politoloq Nikita İsayevlə görüşdü.

Görünür, N.Paşinyan Rusiya müxalifəti ilə əlaqə qurub, bunu Qərbin sərəncamına verməklə geosiyasi və maliyyə dividentləri qazanmaq istəyir. N.Paşinyan Ermənistan siyasətində və ya davranışında azacıq da olsa unudulmuş bir fundamental ənənəni yenidən canlandırmaq istəyir.

Paşinyanın İsayevlə görüşməsi Ermənistan cəmiyyətində birmənalı qarşılanmadı. Yerevan Dövlət Universitetinin Avropa Tədqiqatları Mərkəzinin rəhbəri Artur Kazinyan N.Paşinyanın İsayevla görüşünü siyasi korrektə çərçivəsinə sığmadığını bildirdi. A.Kazinyanın fikrincə, N.İsayev qatı Azərbaycanpərəst lobbistdir və həmişə anti-erməni Azərbaycanpərəst şəxs kimi qəbul olunur. Ona görə onun müxalifətçiliyi varsa da o, idarə olunan liberal düşüncəli şəxsdir.

Paşinyan bilir ki, ondan əvvəlki hər 3 prezident Qərblə Rusiya arasında manevr etməklə Ermənistana geosiyasi divident qazandırıblar. Qərb qarşısında dünya erməniliyinin ən böyük xidməti SSRİ-ni dağıtmaq idi və onun da əvəzində Qarabağın müvəqqəti işğalına nail oldu. Bu günə qədər də Qərbin Dağlıq Qarabağ mövqeyinə erməni prizmasından baxdıqda ciddi geri çəkilmə hələ ki, müşahidə olunmayıb. Paşinyan bilir ki, R.Köçəryan özünü çox uğurlu şəkildə Rusiyanın müttəfiqi kimi təqdim etdi, Rusiyanı inandırdı. Eyni zamanda həmin R.Köçəryan ABŞ-ın dünyada ikinci ən böyük səfirlik binasının tikilməsinə nail ola bildi. Rusiyanın Ermənistandakı bir neçə müəssisəni “özününküləşdirdi”. Köçəryan YUKOS-CİS-i yaratmaqla məhz Rusiyanın daxilindəki ermənilər vasitəsilə bir qrup rusiyalı iş adamını ələ aldı və Xodorkovskinin Qərblə əlaqələrinin daha da güclənməsinə xidmət etdi. Əvəzində pul qazandı. YUKOS-CİS Ermənistan vasitəsilə xaricə 5 milyard dollar pul göndərib. 2000-ci ilin əvvəllərində bu çox böyük məbləğ idi.

Paşinyan bilir ki,  SSRİ-nin dağılmasında Dağlıq Qarabağın  rolunu Serj Sərkisyan etiraf etdi.

S.Sərkisyan Şərq Tərəfdaşlığını sırf anti-Rusiya mahiyyətə yönəldə bildi. Şərq Tərəfdaşlığı Proqramı ölkələri çərçivəsində dəfələrlə Şimali Qafqazda vəziyyətin gərginləşdirməsini və Ermənistandan Rusiya bazalarının çıxarılmasını müzakirə etdi. Çərkəz soyqırımının tanınmasını aktuallaşdırdı.

Rusiya  bunlara və bu istiqamətdə baş verənlərə heç bir müqavimət göstərə bilmədi.

L.Ter-Petrosyanın da atdığı addımlar təxminən buna bənzər idi.

Qərbdə nüfuzdan və  Qərbin pulundan ehtiyaclı olan Paşinyanın məntiqinə görə belə erməni liderləri həm Rusiyada, həm də Qərbdə hörmət qazanırlar. Ən yaxşı variant Rusiyanın daxilinə Qərbin yolunu açmaqdır. Bunu görə də Nikita İsayev “təklif verən” kimi N.Paşinyan tərəfindən qəbul olundu və Moskvada olarkən görüşdü.

“Yeni Rusiya” hərəkatının yaratdığı dialoq platforması bu vaxtadək Ermənistanla Rusiya arasında mövcud olan əməkdaşlıq platformalarından qat-qat zəifdir. “Qriboyedov klubu” əməkdaşlıq formatının təsisçisi Kremlin ən ciddi dəstəklədiyi “MİA Novosti”nin rəhbəri Dmitri Kiselyovdur. “Qriboyedov” ifadəsi ermənilərin xoşuna gəlmir. Çünki A.S.Qriboyedovun ölümü ermənilərin ruslara xəyanətinin ilk və bariz nümunəsidir. Buna görə də yeni-“Lazarev klubu” dialoq platforması yaradıldı. “Lazarev klubu” arxasında K.Zatulin başda olmaqla Rusiyadan Dövlət Dumasının ermənipərəst deputatları dayanır. “Lazarev klubu”nun maliyyə mənbəyi R.Köçəryanın təxmin 4-5 milyard dollar varidatının bir qismidir.

N.İsayevin isə heç nəyi yoxdur, N.Paşinyan kasıbdır. Beləliklə söhbət ancaq siyasi Qərbin marağını cəlb etmək istiqamətində fəaliyyətdən gedə bilər. Putin hökumətinin möhkəmləndiyi vaxtda bu çətin məsələdir. N.Paşinyan Qərb üçün Rusiyanın daxilinə əlavə rıçaq verdiyinə görə Qərbdən istədiyini alacaq.

Burda təəccüblü heç bir şey yoxdur. Bu ermənilərin tarixən formalaşmış davranış manerası və  çörək ağacıdır. N.Paşinyanın bu vaxtadək Rusiyaya hədsiz çox yaltaqlanmasının dalında da bax indiki bu fəaliyyəti dayanırdı. Erməni qadın erməni ərini həbs etdirib rusa ərə getməsi motivasiyası üzərində qurulmuş “Qayane” baletini Moskvada nümayiş etdirməklə Paşinyan sonda məhz bunu fikirləşmişdi.

Qaldı ki, Ermənistan cəmiyyətində N.İsayevin Azərbaycanpərəst olması ilə bağlı deyilənlərə N.İsayev özü etiraf edir ki, o ermənipərəstdir. Görünür o həmişə Ermənistanla əlaqələrə can atıb ki, Ermənistan vasitəsilə Qərblə də əlaqələr qursun. Bu məsələdə Paşinyanla N.İsayevin baxışları üst-üstə düşür. Biz N.İsayevi Azərbaycanpərəst tanımırıq, ola bilər haçansa Azərbaycanla da bağlı obyektiv fikir səsləndirib.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

Paylaş:
516

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər