Politoloq: Laçın dəhlizini dağıtmaqla Ermənistanın çox komponentli imitasiya resurslarını dayandırmaq olar | 1news.az | Xəbərlər
Siyasət

Politoloq: Laçın dəhlizini dağıtmaqla Ermənistanın çox komponentli imitasiya resurslarını dayandırmaq olar

10:46 - 20 / 02 / 2019
Politoloq: Laçın dəhlizini dağıtmaqla Ermənistanın çox komponentli imitasiya resurslarını dayandırmaq olar

Münhen Təhlükəsizlik Konfransında Azərbaycan və Ermənistan Xİ nazirlərinin görüşü nəzərdə tutulmuşdu. Buna  hər iki tərəf rəsmən razılığını  bildirmişdi.

Həmsədrlərin bəyanatında da təxminən Münhen Təhlükəsizlik Konfransında görüş anons edilmişdi. Münhendə olarkən Ermənistanın Xİ naziri Z.Mnatsakanyan belə görüşün planlaşdırılmadığını bildirdi.  Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Mnatsakanyanın RF Xİ naziri S. Lavrovla görüşü erməni nazirin mövqeyinin 180 dərəcə dəyişməsinin səbəbi  ola bilər. O,  Lavrovla görüşdə Dağlıq Qarabağ məsələsini müzakirə etmişdi.

Ermənistan hal-hazırda Rusiyanın 2 istiqamətdə vacib sifarişini yerinə yetirir:

ı. Suriyaya hərbçilərini göndərib.

ıı. Gürcüstanın Qərb istiqamətindəki hərəkətlərinin indiki fazasını neytrallaşdırmaq.

Hər iki fəaliyyət Ermənistan üçün riskli və çoxmiqyaslı fəaliyyət hesab oluna bilər. Ermənistanın fikrincə, bu iki işin müqabilində Rusiya  uzun müddət Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Ermənistana təzyiq etməyəcək. Başqa sözlə, Ermənistan Rusiya ilə birlikdə Dağlıq Qarabağın dinc tənzimlənməsinə maneçilik törətmək üçün yeni imitasiya resursları yaradıblar. Bu imitasiya resursunun nə vaxt bitəcəyini heç kəs deyə bilməz. Dinc tənzimlənmə prosesində Ermənistanın yeni keyfiyyət mərhələsini yaratdığını konstatasiya etmək olar. Ermənistanla Rusiya arasında indiki münasibətlər sistemi yeni deyil. Rusiya Ermənistana qarşı Dağlıq Qarabağ mövzusunda dəfələrlə təzyiq edib. Ermənistanın mövqeyində öz maraqlarına uyğun dəyişiklik əldə edən kimi  təzyiqdən əl çəkib. Rusiya nə vaxtsa Dağlıq Qarabağ məsələsində təzyiqləri bərpa edəcək. Çünki Rusiya üçün Azərbaycanla münasibətlər arxivacibdir. Rusiya hesab edir ki, Azərbaycan hələ müəyyən qədər dözə bilər.

Azərbaycan dinc tənzimlənmədə Rusiya  ilə birlikdə Ermənistanın yaratdığı yeni keyfiyyət mərhələsinə yeni bir keyfiyyət vəziyyəti ilə ilə cavab verə bilər: Laçın dəhlizi da daxil olmaqla Dağlıq Qarabağı Ermənistanla birləşdirən bütün kommunikasiya əlaqələrini, o cümlədən Tex-Xankəndi (Stepanakert) qaz kəmərini dağıda və Dağlıq Qarabağ ermənilərinin müraciəti əsasında Ağdam ərazisi vasitəsilə Dağlıq Qarabağa kommunikasiyalar aça bilər. Bu kommunikasiyalardan ilk olaraq Ermənistanın hərbi hissələri çıxıb getməlidir. Dağlıq Qarabağda yalnız Dağlıq Qarabağın özünə aid olanlar qalmalıdır.

Ermənistan-Azərbaycan dövlət sərhədindən bir neçə kilometr Azərbaycan Respublikasının ərazisinin içərilərinə doğru konkret coğrafi koordinatda reallaşdırılan bu aksiyanın Ermənistan ərazisinə heç bir təsiri olmayacaq.

Dağlıq Qarabağla Ermənistan arasında bütün kommunikasiyaların dağıdılması hərbi əməliyyat deyil, dinc tənzimlənmə prosesinə olan maneələri aradan qaldıra biləcək,  stimul verəcək gücdə olan siyasi-hərbi aksiyadır. Dağlıq Qarabağ münaqişəsinin dinc tənzimlənməsinin səmimi tərəfdarı olan beynəlxalq aləm bu aksiyanı yalnız dəstəkləməlidir. Çünki Ermənistan digər müttəfiqləri ilə birlikdə Dağlıq Qarabağ tənzimlənməsində dəfələrlə belə vəziyyət yarada bilər.

Ermənistanda ən çox müzakirə olunan məsələ 1988-ci ilə olan  vəziyyətidir. Hal-hazırda Dağlıq Qarabağın ermənilərə aid hissəsində 1988-ci ilin vəziyyəti bərpa olunmalıdır. Sonra isə 1988-ci ilin digər komponentlərinin bərpa olunmasına başlana bilər. Bu zaman Azərbaycanın ermənilərə münasibətinin isti olduğu hamıya bəlli olacaq. Hamıya bəlli olacaq ki, Azərbaycanın öz vətəndaşı olan dinc erməni ilə heç bir problemi yoxdur və bu artıq tənzimlənmədə yeni bir keyfiyyət mərhələsidir.

Mübariz Əhmədoğlu,

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

Paylaş:
510

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər