Politoloq: Ermənistan-NATO münasibətlərinin siyasi aspektini nəzərə almadan Rusiyanın mövqeyi məntiqlidir | 1news.az | Xəbərlər
Siyasət

Politoloq: Ermənistan-NATO münasibətlərinin siyasi aspektini nəzərə almadan Rusiyanın mövqeyi məntiqlidir

10:21 - 13 / 08 / 2018
Politoloq: Ermənistan-NATO münasibətlərinin siyasi aspektini nəzərə almadan Rusiyanın mövqeyi məntiqlidir

Nikol Paşinyanın NATO tədbirində iştirakı Rusiya tərəfi üçün anlaşılmazdır. Ermənistan-NATO münasibətlərinə siyasi aspektini nəzərə almadan RF-in mövqeyinin məntiqli olduğunu demək olar.

NATO Dağlıq Qarabağ məsələsində Ermənistana istədiyini vermir. NATO Dağlıq Qarabağ məsələsində bu sammitdə mövqeyini daha da antierməni etdi. Bu məsələ əvvəlcədən N.Paşinyana bəlli idi.

Türkiyə NATO-nun sadəcə üzvü deyil, həlledici üzv dövlətlərdən biridir. Əgər Ermənistan Türkiyə ilə münasibətlərini normallaşdırmayacaqsa onun NATO ilə əlaqələrinin mahiyyəti ayrı xarakterlidir. RF siyasiləri bu ayrı xarakteri antiRusiyaçılıq kimi başa düşürlər.

N.Paşinyan NATO tədbirində iştirak etdi və çoxsaylı görüşlər keçirdi. Daha diqqət çəkəni N.Paşinyanın verdiyi izahlar oldu. Çünki məhz bu izahlar təkzib xarakterli olsa da onun NATO-ya səfərinin Rusiya (antiRusiya) mahiyyətli olduğunu göstərir. N.Paşinyan Yerevandakı mətbuat konfransında NATO sammitinə deyil, NATO-nun Əfqanıstan üzrə toplantısına getdiyini bildirdi. O, Serj Sərkisyanın da NATO sammitlərində iştirak etdiyini, hətta Aİ ilə də Ermənistan arasındakı sənədin S.Sərkisyan dövründə imzalandığını bildirdi. N.Paşinyanın Brüsseldəki davranışı antiRusiya niyyətli olsa da effekt yaradacağı mümkün deyil. Çünki NATO rəsmilərinin və aparıcı liderlərinin N.Paşinyana inamı yoxdur.

Bu kontekstdən Azərbaycanın NATO-da iştirakının Ermənistanın NATO-ya münasibətindən tamamilə fərqli olduğunu görmək olar:

Azərbaycan müstəqil siyasətin nə olduğunu bilir, müstəqil siyasət aparmağı bacarır. Müstəqil siyasətini təzyiqlərdən qorumağı bacarır. Bunlar Ermənistanda yoxdur, yəqin yaxın vaxtlarda da olmayacaq.

Azərbaycanın NATO ilə münasibətləri ikitərəfli kontekstdədir. Azərbaycanın NATO ilə münasibətləri onun digər 2 qonşusu ilə münasibətlərinə zərrə qədər təsiri yoxdur. Xüsusilə neqativ təsiri yoxdur, ola da bilməz.

NATO Dağlıq Qarabağ məsələsində son dövrlərdə mövqeyini daha da Azərbaycanpərəst edib. Azərbaycan qarşılıqlı addım atmalı idi. Ona görə də Azərbaycan Gürcüstanda keçirilən NATO-nun təlimlərində iştirak etdi.

Azərbaycan Dağlıq Qarabağ məsələsində NATO-dan konkret heç bir kömək gözləmir, heç bir ümid bəsləmir. Azərbaycanın Dağlıq Qarabağ məsələsində yeganə ümidi yalnız özünədür.

Ermənistan isə Dağlıq Qarabağ problemini yaradıb və onun mövcudluğundan istifadə edərək iri dövlətləri toqquşdurmaq siyasəti aparır. KTMT-nin tamhüquqlu üzvü olmaqla NATO ilə əlaqələri inkişaf etdirməkdə Ermənistanın məqsədi bu iki blokun qarşıdurmasından konkret dividentlər əldə etməkdir. Naxçıvan ətrafında Ermənistanın çabalamaları bunun son nümunəsidir. Azərbaycanın gücü Ermənistanın bütün ssenarilərini puça çevirdi.

Ermənistan üçün konfliktogenlik Azərbaycanın nefti ilə müqayisə olunacaq resursdur.

N.Paşinyanın Brüsseldəki davranışı RF mətbuatında geniş tənqid edildi.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

Paylaş:
301

Son xəbərlər

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib - YENİLƏNİBBu gün, 18:02Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİBBu gün, 17:40İcma: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 17:25Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53
Bütün xəbərlər