Politoloq: Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin Moskva görüşü irəliləyiş üçün əsas yaradır | 1news.az | Xəbərlər
Siyasət

Politoloq: Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin Moskva görüşü irəliləyiş üçün əsas yaradır

12:40 - 19 / 04 / 2019
Politoloq: Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin Moskva görüşü irəliləyiş üçün əsas yaradır

Azərbaycan və Ermənistan Xİ nazirlərinin Moskva görüşü bu vaxtadək keçirilən analoji görüşlərdən qat-qat üstün əhəmiyyətə və təsirə malikdir.

Bütün görüşlərdə sülh danışıqlarına ümid yaratmaq və bununla da gərginliyin qarşısını əsas məqsədlərindən biridir. Amma Moskva görüşünün yaratdığı ümid kifayət qədər inandırıcıdır və tənzimlənmədə irəliləyiş üçün əsas yaradır.

Moskva görüşü tənzimlənməni Dağlıq Qarabağ regionunun içərisinə daxil edə bildi. Qohumları D.Əsgərov və Ş.Quliyevi Şuşa həbsxanasında ziyarət edəcəklərsə, Dağlıq Qarabağ ermənilərinin yeni nəslində bu regionun Azərbaycana məxsusluğu ilə bağlı informasiya və şərhlərə ciddi stimul yaradacaq. Onları ziyarət edəcək qohumlarının və ziyarətlərin  sayı barədə də konkret bir söz yoxdur. Ş.Quliyev və D.Əsgərovun Şuşa həbsxanasında qalması nəticədə Dağlıq Qarabağın müstəqilliyinə birbaşa təhlükə kimi dəyərləndiriləcək. Ehtimal ki, Ermənistan rəhbərliyi belə görüşün baş tutmasına imkan verməyəcək, hətta Ş.Quliyev və D.Əsgərovu Azərbaycana qaytarmaq daha sərfəli variant olacaq.

Jurnalistlərin Dağlıq Qarabağ erməniləri ilə görüşlər keçirib, müzakirələr aparması da öz təsirini göstərəcək.

Dağlıq Qarabağ tənzimlənməsində N.Paşinyanın əsas tezislərini Xİ nazirlərinin Moskva görüşü legitimləşdirdi. Ermənistanın irəli sürdüyü Dağlıq Qarabağın statusu və təhlükəsizliyi tezisləri Azərbaycan tərəfinin irəli sürdüyü Ermənistan Silahlı Qüvvələrinin çıxması və məcburi köçkünlərin qayıtması tezisləri ilə birlikdə müzakirə üçün qəbul edildi. N.Paşinyanın bu 2 tezisi kontekstindən geriyə baxdıqda, əslində Ermənistan tərəfinin belə tezisinin sayı 3 idi. R.Köçəryan və S.Sərkisyanın dövründə Ermənistanın Dağlıq Qarabağ münaqişəsində tələbi 3 idi. Bunlardan ikisi indi N.Paşinyanın dedikləri və əlavə də Dağlıq Qarabağın qeyri-anklav olması idi. Yəni, Dağlıq Qarabağla Ermənistan arasında hökmən quru əlaqəsi olmalıdır. N.Paşinyan üçün bu o qədər də böyük əhəmiyyət kəsb etmir. O kontekstdən Paşinyan üçün Dağlıq Qarabağın daxilinə yönəli addımlar daha güclü effekt verməlidir. Paşinyanın Qarabağ klanının ortalığa qoyduğu 3 tələbi 2 tələbə çevirməsi Dağlıq Qarabağ ermənilərinə mesaj və ya təzyiq vasitəsidir.

Tənzimlənmənin Dağlıq Qarabağın içərisinə salındığı dedikdə  həm də N.Paşinyanın öz ambisiyasını reallaşdırmasını nəzərdə tuturuq. Paşinyan başa düşür ki, Dağlıq Qarabağ münaqişəsi nizamlanmasa Ermənistan dövləti mövcud ola bilməyəcək. Çünki N.Paşinyanın bir illik hakimiyyəti ərzində onun bütün hay-küyləri, beynəlxalq aləmə göndərdiyi mesajlar cavabsız qalıb. Hətta diaspor erməniləri Ermənistandan üz döndərib. N.Paşinyan demokratiyasını Avropaya, Qərb dünyasına baha qiymətinə sata biləcəyinə inanırdı. Paşinyanın demokratiyası qəlp pula çevrildi, heç bir maliyyə dəyərinə malik deyil.  ABŞ-ın Ermənistanla əlaqələri bütün tarix boyunca ən minimaldadır.

Belə vəziyyətdə N.Paşinyan başa düşür ki, Ermənistanın siyasi, iqtisadi həyatına yeni nəfəsi yalnız Dağlıq Qarabağ münaqişəsinin həlli ilə vermək olar; Münaqişə tənzimləndikdən sonra Azərbaycanla iqtisadi əlaqələr qurula bilər. Amma söhbət Azərbaycanla iqtisadi əlaqələrin qurulmasından getmir. Söhbət beynəlxalq münasibətlərin normallaşmasından və bu normallaşmış beynəlxalq münasibətlərin iqtisadi kapitallaşmasından gedir. N.Paşinyan bunu dərk edir və ona görə Dağlıq Qarabağ məsələsini həll etməlidir.

Paşinyan Qarabağ məsələsini də Dağlıq Qarabağ ermənilərinin  əli ilə həll etmək istəyir. Xİ nazirlərinin Moskva görüşü bitən kimi Dağlıq Qarabağ adlanan separatçı qurumun de-fakto rəhbərinin mətbuat xidmətinin rəhbəri D.Babayan açıqlama yaydı. Açıqlamadan bəlli oldu ki, guya 11 il bundan qabaq Dağlıq Qarabağ belə humanitar aksiyalara hazır imiş. Dağlıq Qarabağda gözləyirlər ki, azərbaycanlılar gəlsin, bunları təmtəraqla D. Əsgərov və Ş. Quliyevin yanına göndərsinlər. N.Paşinyanın ciddi təzyiqləri özünü göstərir.

N.Paşinyan Qarabağ ermənilərinə tənzimlənmə variantını qəbul etdirib, sonradan özü bu tənzimlənmə variantını beynəlxalq aləmdə müzakirə etdirə biləcək.

Moskva görüşünün digər vacib əlamətlərindən biri də ermənilərin susmasıdır. Prezidentlərin Vyana görüşünün səhəri, şənbə günü olmasına baxmayaraq Ermənistanda 3-4 mətbuat konfransı təşkil edildi. Amma Moskva görüşündə heç kimsə Sankt-Peterburq görüşünə eyham vurmaq istəmir. Hətta Moskva görüşündən sonra Ermənistan parlamentinin iclaslarında gur debatların olması da Dağlıq Qarabağ tənzimlənməsini və yaxud Moskva görüşünə diqqəti çəkmədi.

Xİ nazirlərinin Moskva görüşü prezidentlərin 2016-cı ilin Sankt-Peterburq görüşünün tamamlanmasını aktuallaşdırdı.

Xİ nazirlərinin Moskva görüşünün ən böyük əhəmiyyəti prezidentlərin 2016-cı ilin iyunun 20-sində Sankt-Peterburqda keçirilən görüşünü reallaşdırmasıdır. 2016-cı il 20 iyun Sankt-Peterburq görüşünün məziyyətləri çoxdur.

RF, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşü 2016-cı ilin aprel müharibəsindən keçən qısa dövr ərzində təşkil olundu. Ciddi razılaşmaların olduğu bəyan edildi. Yaxınlarda yeni görüşün olacağı açıqlansa da, baş tutmadı.

Daha detallı izah:

Erməni tərəfi bu görüşdə iştirak etmək istəmirdi. Azərbaycan Prezidentinin iradəsi və V. Putinin atdığı addımlar Ermənistan prezidenti S.Sərkisyanı danışıq stolu arxasında oturtdu.

Prezident İ.Əliyev ümumiyyətlə keçirdiyi görüşlər barədə məlumat yayır, şərh verir. Amma müsbət adlandırdığı görüşlər çox nadir hallarda olub. Sankt-Peterburq görüşü barədə ölkə Prezidenti məlumat verdi, şərhini əlavə etdi və bu görüşü konstruktiv deyil, müsbət adlandırdı.

Prezident İ.Əliyev özü Sankt-Peterburq görüşü barədə açıqlama verməzdən əvvəl o zamankı Prezident Administrasiyasının rəhbərinin müavini və PA xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Sankt-Peterburq görüşünün detallarını açıqladı. Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll variant üzrə tənzimlənəcəyini bildirdi. Birinci mərhələyə görə 5 rayon Azərbaycana qaytarılır, təbii ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıtmaqla. İkinci mərhələdə Laçın və Kəlbəcər rayonu Azərbaycana qaytarılmaqla Laçın dəhlizinin parametrləri və statusu müəyyənləşdirilir. Həm də Dağlıq Qarabağa aralıq statusunun verilməsi məsələsi də öz həllini tapır.

Üçüncü mərhələdə isə artıq Dağlıq Qarabağın hüquqi statusu müəyyənləşdirilir.

Azərbaycan Respublikası Prezidentinin bütün diplomatik uğurlarına Ermənistan prezidenti S.Sərkisyanın həmişə qeyri-adi reaksiyası mövcud olub; diplomatik danışıqlarda Ermənistan tərəfi məğlubiyyətə düçar olduğu görüşdən qayıtdıqdan sonra S.Sərkisyan Dağlıq Qarabağa səfər edir. 2014-cü ilin oktyabrında prezidentlərin Paris görüşündə Ermənistan ciddi diplomatik uğursuzluğa məruz qaldı, Yerevan aeroportunda yerə enən kimi helikopterlə Dağlıq Qarabağa uçdu. Sankt-Peterburqdan gəldikdən sonra da eynilə belə addım atdı. Azərbaycanın işğal olunmuş ərazilərindəki hərbi hissələrə baş çəkdi və bununla heç bir kompromisə getməyəcəyini bildirdi.

Sankt-Peterburq görüşündə əldə olunan nəticələrin sonradan Kremlin özü tərəfindən unuduldu. Novruz Məmmədovun açıqlamasına Rusiya Xİ nazirlərinin mətbuat xidmətinin rəhbəri M.Zaxarova kəskin etiraz bildirdi və sanki Sankt-Peterburq görüşünün nəticələrinin unudulmasını da Rusiya tərəfi bununla əsaslandırdı. Çünki o görüşdə yaxınlarda yeni görüş anons edilmişdi.

Sankt-Peterburq görüşündən dərhal sonra həmsədrlər də bəyan etdilər ki, yaxında həmsədrlər də prezidentlərin görüşünü təşkil edəcəklər. Çünki həmsədrlər Sankt-Peterburq görüşünün təşkilində Rusiya prezidenti V.Putindən narazı qalmışdı. İlk dəfə idi ki, Rusiya həmsədrləri qapı arxasında saxlatdı. Görüşün təşkilinə və eləcə də prezidentlərlə görüşə buraxmadı. Bunun əvəzinə həmsədrlər yeni görüş təşkil edəcəklərini açıqladılar.

ATƏT-in nümayəndəsi də görüşdən əvvəl bəyan etmişdi ki, ATƏT bu görüşdə iştirak etmir. Bununla da ATƏT V.Putinin təşkil etdiyi görüşdən narazılığını ifadə etdi.

RF Xİ nazirinin mövqeyi ilə ATƏT-in Minsk Qrupu həmsədrlərinin mövqeyinin üst-üstə düşməsi bu görüşün nəticələrinin davamını unutdurdu.

Kreml bir çox şərtlərini Ermənistana hələ S.Sərkisyanın dövründə qəbul etdirə bildi. Bu proses indi də davam edir. Amma indiki geosiyasi şərait vadar edir ki, Moskva Dağlıq Qarabağ tənzimlənməsində ciddi ümid yarada bilsin və belə bir ümid də Moskva görüşündə yarandı. O ümid də 2016-cı ilin iyunun 20-si Sankt-Peterburq danışıqları modeli ilə görüşlərin yenidən davam etdirilməsidir.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

Paylaş:
655

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər