Politoloq: Azərbaycan Avropa İttifaqından münaqişələrə yanaşmada prinsipial və ədalətli mövqe gözləyir | 1news.az | Xəbərlər
Siyasət

Politoloq: Azərbaycan Avropa İttifaqından münaqişələrə yanaşmada prinsipial və ədalətli mövqe gözləyir

15:32 - 20 / 05 / 2019
Politoloq: Azərbaycan Avropa İttifaqından münaqişələrə yanaşmada prinsipial və ədalətli mövqe gözləyir

Azərbaycan prezidentinin Avropanın paytaxtında keçirdiyi görüşlər bu dəfə də əhəmiyyətli oldu. Bu görüş həm də onunla yaddaqalan oldu ki, Şərq Tərəfdaşlığı proqramının 10 illik yubileyinə təsadüf etdi.

Bunu 1news.az-a açıqlamasında politoloq, beynəlxalq münasibətlər üzrə mütəxəssis Nəzakət Məmmədova mayın 13-də Prezident İlham Əliyevin  Brüsselə səfərini şərh edərkən deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla keçirdiyi görüşdə ötən il Azərbaycan və Avropa İttifaqı arasında imzalanmış “Tərəfdaşlıq prioritetləri” sənədinin əhəmiyyətinin vurğulanması, həmçinin tərəflər arasında üzərində danışıqlar aparılan Tərəfdaşlıq sazişi ilə bağlı fikir mübadiləsi aparılması yaxın zamanlarda sazişin Azərbaycanın milli maraqlarına uyğun müddəalarla birgə imzalanacağını deməyə əsas verir.

N.Məmmədova bildirib ki, Azərbaycan təkcə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində deyil, eyni zamanda ikitərəfli formatda Avropa İttifaqı ilə yaxından əməkdaşlıq edir və bu əməkdaşlıq qarşılıqlı faydalı əməkdaşlıq prinsipinə əsaslanır.

“Lakin Şərq Tərəfdaşlığı Proqramına üzv olan, ərazisinin bir hissəsini itirmiş ölkələr, o cümlədən Azərbaycan Avropa İttifaqından münaqişələrə yanaşmada konkret, prinsipial və ədalətli mövqe gözləyir.

Əgər Avropa Birliyi bu məsələlərdə prinsipiallıq nümayiş etdirsə, o zaman o, tərəfdaş ölkələrlə münasibətdə uğur qazanacaq. Əks halda münasibətlər qeyri-mükəmməl, yarımçıq xarakter alacaq ki, bu da qurumun nüfuzunun azalmasına gətirib çıxara bilər.

Bu baxımdan Azərbaycanın ərazi bütövlüyünə hörmət olunması, xüsusilə sazişdə müvafiq müddəanın vurğulanması demokratiyaya, ictimai rəyə xüsusi önəm verən Avropa təsisatlarından, o cümlədən Avropa İttifqaından Azərbaycan xalqının əsas gözləntilərindən biridir”- deyə, politoloq qeyd edib.

1news.az

Paylaş:
572

Son xəbərlər

“TuranBank” 2024-cü ilin I rübünün nəticələrini elan etdi16 / 04 / 2024, 19:55Qırmızı Meydan ziyarətçilərə bağlanıb16 / 04 / 2024, 17:46Azərbaycan elektromobil idxalını artırıb16 / 04 / 2024, 17:40AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb16 / 04 / 2024, 17:38Növbəti hərracda kiçik dövlət müəssisəsi və 18 nəqliyyat vasitəsi satılıb16 / 04 / 2024, 17:28Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb16 / 04 / 2024, 17:11ANAMA azad edilmiş ərazilərə köçürüləcək fermerlərə təlim keçirilir - FOTO16 / 04 / 2024, 17:02Zaur Bayramov: Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidir16 / 04 / 2024, 16:50DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib - FOTO - VİDEO16 / 04 / 2024, 16:43Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıb16 / 04 / 2024, 16:17Milli Məclisin 19 apreldə keçirləcək iclasının gündəliyi açıqlanıb - SİYAHI16 / 04 / 2024, 16:10Bakcell böyük yeniliklərə hazırlaşır16 / 04 / 2024, 15:59Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcək16 / 04 / 2024, 15:52Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - FOTO16 / 04 / 2024, 15:49Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTO16 / 04 / 2024, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildi16 / 04 / 2024, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilib16 / 04 / 2024, 15:22Bakıda mənzildə meyit aşkarlandı16 / 04 / 2024, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edib16 / 04 / 2024, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib16 / 04 / 2024, 14:06
Bütün xəbərlər