Politoloq: 15 sentyabr paradı ordumuzun gücünün beynəlxalq aləm üçün prezentasiyası idi | 1news.az | Xəbərlər
Siyasət

Politoloq: 15 sentyabr paradı ordumuzun gücünün beynəlxalq aləm üçün prezentasiyası idi

10:24 - 19 / 09 / 2018
Politoloq: 15 sentyabr paradı ordumuzun gücünün beynəlxalq aləm üçün prezentasiyası idi

Azərbaycan  Prezidenti İlham Əliyev qurduğu ordunun regionda birinci, dünyada isə 50-ci olduğunu qürurla bəyan etdi. Azərbaycan ordusunun gücünü Ermənistanın davranışı da təsdiq edir. Bu çox mühüm göstəricidir.

Çünki Azərbaycan ordusunun qarşında duran bir nömrəli vəzifə torpaqlarımızı işğaldan azad etməkdir, torpağımızı işğal edən isə Ermənistandır. Havadarlı və ya havadarsız olmasının bizə dəxli yoxdur, torpaqlarımızı azad edəcəyik. Amma 90-cı illərdəki rüsvayçı məğlubiyyətimiz indi də Azərbaycan ordusunun gücünə pessimist yanaşanların sayının azalmasına imkan vermir. Buna görə beynəlxalq aləm Azərbaycanın torpaqlarını işğaldan azad etmək hüququnu tanısa da müharibəni başlamağımıza müsbət yanaşmır. Azərbaycan ordusunun gücünə beynəlxalq aləmi inandırmaq hal-hazırda ölkə rəhbərliyinin ən ümdə məsələsi idi. Bunu parad vasitəsilə etmək Prezident İ.Əliyevin çox orijinal ideyalarından biridir. Çünki iyunun 26-da parad keçirilmişdi. Təxminən 2 ay ərzində yeni parad keçirilirsə, bunu heç bir şərt daxilində təsadüfi hesab etmək olmaz.

Paraddan əvvəl və az sonra baş verənlər bu rakursdan diqqəti çox çəkir:

  1. İsrailin müdafiə naziri A.Liberman 5 günlük səfərlə Azərbaycanda oldu, çoxsaylı görüşlər keçirdi. Amma bu görüşlərə digər bir rakursdan yanaşmaq da daha düzgündür: Silah ticarətində İsrail Azərbaycanın Rusiyadan sonra ikinci ən böyük tərəfdaşıdır. A.Liberman ölkəsinin Azərbaycana satdığı silahların etibarlılığına yerindəcə təminat verdi.
  2. Türkiyə prezidenti R.T.Ərdoğan paradda tam proqram üzrə iştirak etdi. Hətta demək olar ki, paradın təşkilində ən əsas faktor Türkiyə prezidenti R.T.Ərdoğanın iştirakı idi. R.T.Ərdoğan bütün dünya liderlərinə Azərbaycan ordusunun güclü olduğu fikrini aşılayacaqdır. Beləliklə beynəlxalq aləmdə Azərbaycan ordusunun gücünə inam artacaqdır. Paradın rəsmi tərtibatı Türkiyə qoşunlarının 100 il bundan qabaq Azərbaycancan ordusu ilə birlikdə Bakını, eləcə də Azərbaycanın qalan regionlarını bolşevik adı altında fəaliyyət göstərən erməni daşnaklarından və digər düşmən qüvvələrdən azad olunmasının 100 illiyinə həsr olunmuşdu. Möhtəşəm parad idi. Amma 100 illik yubileyi siyasi elementlərlə zəngin mərasimlə də qeyd etmək olardı.

III. Prezident İ.Əliyev RF-də prezident V.Putinlə bütün münasibətlər sisteminə yeni stimul verən görüş keçirdi. Görüş zamanı Dağlıq Qarabağ məsələsi də müzakirə olundu. RF prezidenti V.Putin də bilir ki, Azərbaycan ordusu qısa müddət ərzində konkret məkanda uğurlu döyüş aparmaq qabiliyyətinə malikdir və bu müharibəyə digər kənar dövlətlər qarışa bilməyəcək.

  1. Paradın sabahı günü Prezidentin oğlu Heydər Əliyevin andiçmə mərasimi keçirildi. Prezident ailə üzvləri ilə birlikdə andiçmə mərasimində iştirak etdilər. Hər iki valideynin övladlarının hərbi xidmətdə olmasından qürurlandığı aydın görünürdü. Babası H.Əliyev kimi nəvə H.Əliyev də dövlət və ya milli təhlükəsizlik strukturunda xidmət edir. MTX-nın bu hərbi bölməsi Azərbaycanın istənilən ərazilərində, o cümlədən işğal olunmuş ərazilərimizin və dövlət sərhədimizin istənilən ərazisində peyda ola bilər. Bunu ağıl və savada müharibə elan etmiş Ermənistanın baş naziri N.Paşinyanın anlaması çox vacibdir. Başa düşsün ki, Xankəndinə (Stepanakert) bayraq sancacaq Azərbaycan vətəndaşı artıq ordudadır.

Azərbaycan ordusu Dağlıq Qarabağ probleminin birdəfəlik həllinin yeganə mənbəyinə çevrilib. Çünki Ermənistan tərəfi başqa varianta yer saxlamadı. Parad həm də bunun mesajı idi.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq 

Paylaş:
586

Son xəbərlər

Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01
Bütün xəbərlər