Patrisiya Lalond: Azərbaycan tolerantlığı bütün ölkələr üçün ən yaxşı nümunədir | 1news.az | Xəbərlər
Cəmiyyət

Patrisiya Lalond: Azərbaycan tolerantlığı bütün ölkələr üçün ən yaxşı nümunədir

17:21 - 10 / 06 / 2019
Patrisiya Lalond: Azərbaycan tolerantlığı bütün ölkələr üçün ən yaxşı nümunədir

Son illər Azərbaycan böyük nailiyyətlərə imza atıb. Ancaq Azərbaycanın bu uğurları bəzən qısqanclıqla qarşılanır. Lakin reallığı gizlətmək mümkün deyil. Əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi, dünyəvi dövlət olan Azərbaycanda hələ 100 il əvvəl qadınlara səsvermə hüququ verilib.

1news.az xəbər verir ki, bu fikirləri Parisdə Milli Assambleyada Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun təşkilatçılığı ilə Azərbaycanda qadınlara səsvermə hüququ verilməsinin 100 illiyinə həsr olunmuş “Qadın hüquqları: Şərq və Qərbin qovuşuğunda Azərbaycan nümunəsi” adlı konfransın iştirakçısı, Avropa Parlamentinin keçmiş deputatı Patrisiya Lalond AZƏRTAC-a müsahibəsində söyləyib.

Azərbaycanda müxtəlif etnik, dini azlıqlara göstərilən tolerantlıq bütün ölkələrə nümunədir. Paytaxt Bakıda özünü Avropadakı kimi hiss edirsən. “Ölkənizdə səfərdə olmuşam. Bütün sahələrdə qadınların necə fəal olduqlarının şahidiyəm. Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranan 1 milyondan çox qaçqın və məcburi köçkünün də böyük hissəsini qadınlar təşkil edir.

Azərbaycan dövləti qadınlara, xüsusilə də qaçqın qadınlara xüsusi diqqət ayırır. Ölkədə qadın məsələləri ilə bağlı xüsusi proqramlar icra edilib və hazırda da həyata keçirilir. Bir çox beynəlxalq təşkilatların qadın məsələləri ilə bağlı sənədləri ratifikasiya olunub. Hesab edirəm ki, Azərbaycanda qadın məsələləri ilə bağlı görülən işlər digər ölkələrə ən yaxşı nümunədir”, - deyə P. Lalond vurğulayıb.

1news.az

Paylaş:
450

Son xəbərlər

Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34
Bütün xəbərlər