Paşinyanın bloku Yerevan meri vəzifəsinə seçkilərdə qalib gəlib | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyanın bloku Yerevan meri vəzifəsinə seçkilərdə qalib gəlib

09:58 - 24 / 09 / 2018
Paşinyanın bloku Yerevan meri vəzifəsinə seçkilərdə qalib gəlib

Yerevan şəhər şurasına keçirilən seçkilərdə baş nazir Nikol Paşinyanın dəstəklədiyi “Mənim addımım” seçki bloku qalib gəlib.

1news.az  erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Mərkəzi Seçki Komitəsinin məlumatında deyilir.

“Mənim addımım”seçki bloku seçicilərin 81,06 faizinin(294109)  səsini toplayıb. İkinci yerdə 6,95 faizlə (25219 səs) Qaqik Çarukyanın rəhbəri olduğu “Çiçəklənən Ermənistan” Partiyasıdır.

Üçüncü yerdə isə 4,99 faizlə (18112) “İşıq” alyansı qərərlaşıb.

Qeyd edək ki, Yerevanda seçicilərin sayı 848 343 nəfərdir,  seçkilərdə onların 370 323 min nəfəri (43,65 %) iştirak edib.

Ermənistanın baş naziri Nikol Paşinyanın “Vətəndaş razılaşması” partiyasının İdarə Heyətinin iclasında aktyor Hayk Marutyanın İrəvan meri vəzifəsinə namizədliyi irəli sürmüşdü. 

Xatırladaq ki, Paşinyan və Marutyan arasında dostluq münasibətləri var. Paşinyan baş nazir seçildikdən sonra Dağlıq Qarabağa səfər edərkən Marutyan helikopterdə onu müşayət edib.

İyulun 9-da İrəvan meri Taron Marqaryan istefa verib.

P.Sultanova

 

Paylaş:
660

Son xəbərlər

Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07
Bütün xəbərlər