Paşinyan Dağlıq Qarabağa səfər edib
Ermənistanın yeni baş naziri Nikol Paşinyan Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib.
1news.az “TASS”a istinadən xəbər verir ki, Paşinyan Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla Xankəndidən Şuşa şəhərinə yollanıb.
Ermənistanın yeni baş nazirin Xankəndi şəhərində mətbuat konfransı keçirəcəyi bildirilir.
1news.az
459