Paşinyan BMT-də danışıqlar prosesini məhv edir: Qarabağ Azərbaycanın tərkibində ola bilməz | 1news.az | Xəbərlər
Siyasət

Paşinyan BMT-də danışıqlar prosesini məhv edir: Qarabağ Azərbaycanın tərkibində ola bilməz

12:32 - 26 / 09 / 2018
Paşinyan BMT-də danışıqlar prosesini məhv edir: Qarabağ Azərbaycanın tərkibində ola bilməz

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan danışıqlar prosesini pozmağa yönəldilmiş daha bir addım atıb.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki,  Paşinyan BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışı zamanı yenə də populizmə, aqressiyaya üstünlük verərək, bununla da sülh yolu ilə tənzimlənmənin tərəfdarı olmadığını bir daha nümayiş etirib.

Paşinyan bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz.  O, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının Ermənistanın xarici siyasətinin prioritetlərindən olduğunu deyib. Əlavə edib  ki, qondrma “DQR”in statusu və təhlükəsizliyi Ermənistanın danışıqlar prosesindəki müstəsna prioriteti olacaq.

Sülh danışıqlarına zərbə vuran bu açıqlamasının ardınca isə Paşinyan bildirib ki, münaqişəni hərbi yolla həll etmək üçün hər hansı bir cəhd regionun təhlükəsizliyi, demokratiya və insan hüquqları üçün birbaşa təhlükədir: “Ermənistan münaqişənin ATƏT-in Minsk qrupu formatında həlli prosesində konstruktiv şəkildə iştirak etməyə davam edəcək. Bu, münaqişənin həlli üçün yeganə beynəlxalq səviyyədə tanınmış mandatı olan formatdır”.

O, münqişənin müharibə deyil, sülh, qarşılıqlı kompromis yolu ilə həll edilməli olduğunu vurğulayıb. Paşinyan Azərbaycanın Qarabağdakı separatçı relimlə dialoqa başlamalı olduğuna dair sərsəm bəyanatını da təkrarlayıb.

Xatırladaq ki, Paşinyan bu gün Nyu-Yorkda keçiriləcək Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ərəfəsində sülh prosesini pozacaq belə bir açıqlama ilə çıxış edib. Rəsmi Yerevanın danışıqlar prosesini pozmağa yönəldilmiş başqa bir addımı isə Azərbaycanın işğal edilmiş ərazilərində hərbi təlimlərin keçirilməsidir.

Bununla bağlı Azərbaycan XİN də bəyanat yayıb. Bəyanatda deyilir ki, kütləvi informasiya vasitələrinin yaydığı məlumatına əsasən, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində sentyabrın 25-28-də hərbi aviasiyanın iştirakı ilə hərbi təlimlər keçiriləcək. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində növbəti təxribatçı addımı vəziyyətin daha da gərginləşməsinə və ağır fəsadlara yol aça bilər.

XİN-in açıqlamasında deyilir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə sentyabrın 26-da Nyu-Yorkda planlaşdırılan görüşü ərəfəsində Ermənistanın atdığı bu addım həmsədrlərin fəaliyyətinə və ümumiyyətlə, münaqişənin həlli üzrə danışıqlar prosesinə xələl gətirmək məqsədini güdür. Bir daha xatırladırıq ki, cəbhə bölgəsində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür.

P.Sultanova

 

 

 

Paylaş:
490

Son xəbərlər

Azərbaycanın ilk ombudsmanı vəfat edibBu gün, 14:15Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00
Bütün xəbərlər